Azərbaycan Prezidenti İlham Əliyev Mahir Muradova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb
PİA.AZ-ın Azərtac-a istinadən məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Cümşüd oğlu Muradova “Əməkdar hüquqşünas” fəxri adı verilsin.
pia.az