Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqresdə Trampa qarşı impiçment tələbi


Demokratlar partiyasının bir qrup nümayəndəsi noyabrın 15-də ABŞ Konqresində yenidən ölkə prezidenti Donald Trampın impiçmentinə dair təklif irəli sürəcək


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avqustda eyni təşəbbüslə çıxış etmiş Nümayəndələr Palatasının Tennessi ştatından üzvü Stiv Koen prezidentə qarşı yenidən bir neçə ittiham irəli sürmək niyyətindədir. S.Koen Trampı Virciniyada ultrasağçı və solçular arasında ölümlə nəticələnən toqquşmalara yetərincə reaksiya verməməkdə ittiham edir.   
 
Məlumata görə, İllinoys ştatını təmsil edən Luis Qutyerres adlı demokrat K.Koeni dəstəkləyəcəyini bəyan edib.  
 
Qeyd edək ki, bir müddət əvvəl demokratlar Bred Şerman və El Qrin eyni təşəbbüslə çıxış ediblər.  Onlar D.Trampı FTB rəhbəri Ceyms Komini vəzifəsindən kənarlaşdırmaqda, “ağ dərililərin irqi üstünlük konsepsiyası”nı qabartmaqda, ksenofobiya, seksizm, irqçilik, diskriminasiya və sair əməllərdə  ittiham ediblər.   
 
“Hill” nəşrinin məlumatına görə,  ABŞ politoloqları bu cür təşəbbüslərin Konqresdə uğursuz olacağında əmindirlər. Belə ki, hazırda nəinki respublikaçılar, hətta Demokratlar partiyasının rəhbərliyi belə Konqresdə bu cür müzakirələrin aparılmasının əleyhinə çıxış edirlər.    

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar