Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konfliktoloqlardan Qarabağla bağlı XİN-ə və cəmiyyətə çağırış


“Həmsədrlərin bəyanatında Azərbaycanın marağına zidd ifadə dəyişikliyi var...”


ATƏT-in Minsk Qrupunun həmsədrləri illərdir ki, AzərbaycanErmənistana səfər edir. 

Hər səfərdən sonra münaqişənin həlli ilə bağlı müsbət fikir formalaşmır, əksinə, pessimizm daha da dərinləşir. Beləcə, 23 ildir ki, Minsk Qrupu Qarabağ münaqişəsinin həllinə nail ola bilmir.

Həmsədrlərin Ermənistana və Azərbaycana son səfərlərindən sonra onlardan müsbət nə isə gözləməyin mənasız olduğu rəyi daha da gücləndi. Artıq tanınmış konfliktoloqlarda da bu rəy formalaşıb. Hətta belə fikirlər irəli sürülür ki, Minsk Qrupu həmsədrlərinin fəaliyyəti, verdikləri bəyanatlardakı məqamlar Azərbaycana mane olur, maraqlarımıza ziddir.

Məsələn, konfliktoloq Elxan Mehtiyev həmsədrlərin Bakı səfərindən sonra verdikləri bəyanatla əlaqədar ciddi fəsadların yarandığı barədə həyəcan təbili çalır. E.Mehtiyev deyib ki, vasitəçilərin Bakı səfərinin ardınca verdikləri bəyanatda onlar işğal edilmiş Kəlbəcər, Laçın, QubadlıZəngilana etdikləri səfərləri “Dağlıq Qarabağ ətrafındakı bır sıra ərazilər, o cümlədən Zəngilan, Qubadlı, LaçınKəlbəcər rayonlarına” səfər etdiklərini bildirir. Onların işlətdikləri “bir sıra ərazilər” ifadəsi yeni termindir. E.Mehtiyev qeyd edib ki, bu rayonlar əvvəllər həmsədrlər tərəfindən işğal olunmuş ərazilər adlansa da, bu bəyanatda, sadəcə, ərazilər adlandırılıb: “Artıq ermənilər öz məmnunluqlarını ifadə ediblər. Belə çıxır ki, həmsədrlər zaman keçdikcə bu əraziləri də mübahisəli ərazilər statusuna salmaq istiqamətində işləyirlər”.



Azərbaycan Xarici İşlər Nazirliyi isə həmsədrlərin bəyanatındakı bu məqamla bağlı ümumi açıqlamalar verməklə kifayətlənir. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, həmsədrlərin regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var: “Həmsədrlərin fəaliyyətini dəstəkləsək də, yekun olaraq nəticə var: ”Onların bəyanatında tərəflər substansiv danışıqlara və siyasi iradəyə çağırıldı. Ermənistan tərəfi bunu nəzərə almalıdır. Ermənistan rəsmilərinin son bəyanatları da göstərir ki, Ermənistan konstruktiv mövqe tutmur. ABŞ Dövlət Departamenti də tərəfli substansiv danışıqlara çağırdı. Azərbaycan icması Dağlıq Qarabağa geri qayıtmalıdır. Dağlıq Qarabağın statusu Azərbaycan icmasının geri qayıtmasından sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ermənistan bunu başa düşməlidir. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq".

Image result for Konfliktoloq Əvəz Həsənov
Konfliktoloq Əvəz Həsənov isə bildirdi ki, sözügedən bəyanatda Azərbaycanın marağına zidd ifadə dəyişikliyinin olması barədə deyilənlər əsaslıdır: “Həmsədrlərin ritorikası və terminləri ciddi dəyişə bilməz. Bu, onların mediatorluğunu çətinləşdirər. İndiyə kimi, həmsədrlər öz terminlərində çox konkret idilər. 7 rayona hər zaman işğal olunmuş ərazilər deyirdilər, ”Dağlıq Qarabağ rəhbərliyi"nə isə “de-fakto rəhbərlik” deyirdilər. Normalda bütün beynəlxalq təşkilatlar və ekspertlər işğal olunmuş əraziləri “ətraf ərazilər” adlandırır, lakin həmsədrlər adətən daha çox dəqiqləşdirməyə ehtiyac olsun deyə “Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş ərazilər” ifadəsini işlədirdilər. İşğal olunmuş rayonlar termini daha çox dəqiqləşdirməyə ehtiyac olanda işlədilirdi. İşğal olunmuş və yaxud ətraf rayonlar paralel olaraq işlənir. Şübhəsiz ki, daha yaxşı və düzgün odur ki, “Dağlıq Qarabağ və ətrafındakı digər işğal olunmuş ərazilər” ifadəsi işlədilsin. Bu cür incə nüanslarla bağlı Azərbaycan tərəfi həmsədrlərə öz mövqeyini çatdırmalıdır".

Ə.Həsənov onu da dedi ki, Azərbaycan cəmiyyətini həmsədrlərin hansı termini necə işlətməsindən çox, onların mövcudluğu və yaxud vasitəçiliyi zamanı hansı nəticəni əldə edəcəyimiz düşündürməlidir: “Azərbaycanda kimin gücü və imkanı var həmsədrləri tənqid etməklə məşğuldur. Onlardan konstruktiv tələblər edən bir dənə də olsun siyasi institut görməmişəm. Həmsədr nə etsin ki, Dağlıq Qarabağ münaqişəsi həlli müşkül görünən problemdir. Çünki burada Rusiyanın elə marağı var ki, onu yüz həmsədr olsa da həll etməkdə aciz qalacaq. Həmsədrlərlə daimi təmasda olmaq, onları öz maraqlarımız üçün işlətmək lazım idi. Onlarla polemikaya girmək, Azərbaycanın münaqişədə nədən status-kvonun ləğv olunmasında maraqlı olduğunu inandırmaq üçün daha çox işləmək lazım idi. Onlara torpaqların işğal altında olacağı müddətdə regionda hər zaman müharibənin olacağını, buna isə işğala son qoyulmadan mümkün olmadığını sözdə deyil, müzakirələrə cəlb etməklə sübut etmək lazım idi. Bunu isə tək ölkə başçısı və Xarici İşlər Nazirliyi səviyyəsində deyil, siyasi partiyalar, vətəndaş cəmiyyəti və universitetlər vasitəsilə etmək mümkün idi. İndi həmsədrlər tərəflər arasında münasibətlər dalana dirənən bir zamanda yeni nə deyə bilərlər ki? Xüsusən də Rusiyaya kart-blanş verilir ki, hər iki ölkəyə yaratdığı problemi - münaqişənin həllini çözməkdə yardımçı olsun. Bu arada ABŞ və Fransadan olan həmsədrlər öz rollarını kiçildirlər”.

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə dünən bildirib ki, həmsədrlərin regiona səfərinin yekunlarına dair bəyanatı Rusiya XİN-in məsələ ilə bağlı mövqeyini tam əks etdirir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar