Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitədə yoxlama başladı, xidmət rəisi mənzilini və obyektini satışa çıxardı


Hesablama Palatası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlama aparır


"Əbülfət İmanov komitə sədrinin "sağ əli" kimi tanınır və sözügedən komitənin bütün "qara işlər"ini həyata keçirir.

Mia.az "Unikal”a istinadən xəbər verir ki, Hesablama Palatası yoxlamanı genişləndirdiyi bir ərəfədə komitə sədri Ramiz Həsənova "xüsusi yaxınlığı" ilə tanınan Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov əndişəsi artıb:

Bildirilir ki, Xidmət rəisi bu postdan əvvəl - Əli Nağıyevin nazir olduğu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsini yerinə yetirib. O, burada da xüsusi "ad çıxarmağı" bacarıbmış, belə ki, həmin postda işləyərkən də İmanovla bağlı kifayət qədər şikayətlər ortaya çıxırmış.

Eyni "ənənə" indi onun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi postunu icra edərkən də yaşanır. Qurumun "əsas yük"ünü çiyinlərində daşıyan Xidmət rəisi hətta Ramiz Həsənovun komitəsinin kadr məsələlərinə də aşkar müdaxilə səlahiyyətinə malikdir. Qeyd edilir ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi əməkdaşların işə qəbulu məsələsində ciddi qanun pozuntularına yol verir. Belə ki, o,sırf şəxsi mövqeyinə əsaslanaraq, dövlət qulluğuna qəbul qaydalarına müvafiq şəkildə işə götürülmüş əməkdaşları heç bir əsas olmadan vəzifələrindən azad edir.Vakant yerlərə isə bir çox hallarda ixtisası uyğun olmayan, qeyri-peşəkar şəxsləri bəlli maraqlar müqabilində işə qəbul etdirir. Bildirilir ki, bir çox hallarda Ə. İmanovun kadr seçimi hətta komitə sədrinin özünü çətin vəziyyətdə qoya biləcək. 

Məlumatlarda həmçinin vurğulanır ki, Əbülfət İmanov son illərdə öz maddi imkanlarını misli görünməmiş dərəcədə artırıb. Bunun səbəbləri isə maraq doğurmaya bilməz. İstisna edilmir ki, o, geniş kapitala və əmlaka məhz yuxarıda sadalanan neqativ hallar sayəsində nail olub.

Maraqlıdır ki, Hesablama Palatasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlamalara başladığına dair xəbərlərlə eyni vaxtda Ə. İmanovun Bakının mərkəzindəki mənzilini və Bakıxanov qəsəbəsindəki restoranını satışa çıxardığına dair də iddialar meydana gəlib. İstisna edilmir ki, buna səbəb yoxlamalar zamanı ortaya çıxacaq neqativ halları önləmək üçün yaranan ehtiyacları ödəmək məqsədi daşıyır...".

Əbülfət İmanova Hesablama Palatası şoku

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar