Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədri Nazim İbrahimov İlham Rəhimova minnətçi düşüb - İddia


Məlum olduğu kimi, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının, digər xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin narahatlığına səbəb olub


Hətta ötən gün Diasporla İş üzrə Dövlət Komitəsi bununla bağlı bəyanat yayaraq təəssüf hissi ilə bildirir ki, son dövrlərdə daxil olmuş məlumatlar Rusiya Federasiyasında müəyyən anti-Azərbaycan qrupların ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərdiyini, mayın 15-nə təyin olunmuş məhkəmə prosesinə təşkilatın bağlanması üçün təzyiq etmək cəhdlərinin intensivləşdiyini söyləməyə əsas verir.

Reyting.az-ın əldə etdiyi məlumata görə isə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov sözügedən qurumun taleyi ilə bağlı ciddi şəkildə narahat olub. Bu səbəbdən də Rusiyanın yuxarı dairələrinə yol tapmağa çalışır.

Ciddi qaynaqlardan aldığımız məlumatda bildirilir ki, Rusiyanın Ədliyyə Nazirliyinin rəhbər şəxslərinə, eləcə də diaspora ilə əlaqədar qurumlara "xod" axtaran kömitəsədrinin cəhdləri hələ ki müsbət nəticə vermir. Bu səbəbdən də məsələni ictimailəşdirərək fərqli müstəviyə çəkməyə çalışır.

Məlumata görə, hakimiyyətin yuxarı dairələrindən Nazim İbrahimova təpki göstərilib və bildirilib ki, yarıtmaz fəaliyyəti nəticəsində belə bir vəziyyət yaranıb:

"Bu səbəbdən də komitə sədri məsələ ilə bağlı bəyanat verərək məsuliyyətini azaltmağa çalışır, digəri tərəfdən isə Rusiyanın hakimiyyət ierarxiyasında söz sahib olan şəxslərə nüfuz etməyə cəhd göstərir". 

Məlumatda qeyd edilir ki, Nazim İbrahimov Rusiya prezidenti Vladimir Putinin dostu, azərbaycanlı iş adamı İlham Rəhimovdan da problemin həllində kömək istəyib:

"Komitə sədri bu məsələnin problemsiz həll olunması üçün İlham Rəhimova minnətçi düşüb. İş adamı isə məsələnin artıq geniş miqyas aldığını, amma əlindən gələni əsirgəməyəcəyi vədini verib".

Onu da xatırladaq ki, son illərə kimi N.İbrahimova yaxın şəxslər Rusiyada nufuz sahibi olan İ.Rəhimovun əleyhinə qərəzli kampaniya aparırdılar. Tarixin sərt üzü isə indi N.İbrahimovu iş adamına minnətçi düşmək məcburiyyətində qoyub.

Sonda qeyd edək ki, ÜAK-ın ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesinin necə nəticələnəcəyini demək çətindir. Amma bu proses bir daha göstərdi ki, Azərbaycan Diaspora Komitəsinin fəaliyyəti yarıtmazdır və bunun nəticəsidir ki, Rusiya kimi bir dövlətin nazirliyi Konqresin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edir. Yəqin ki, prosesin nəticəsindən asılı olaraq, N.İbrahimovun bundan sonrakı karyerası ilə bağlı qərar verilə bilər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar