Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədri İŞİD tərkibindəki azərbaycanlılardan danışıb


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaimlə görüşüb.


Pia.az Komitənin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı səfir Mesaad İbrahim Al-Sulaim Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. Dini radikalizm meyllərinin getdikcə daha çox gücləndiyi müasir dünyamızda ekstremist qruplara qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.
 
Mübariz Qurbanlı isə ilk növbədə, bu ilki Həcc ziyarətinin müvəffəqiyyətli təşkilinə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib.
 
Radikal və ekstremist qrupların İslamla heç bir əlaqəsinin olmadığını qeyd edən sədr hazırda İslam ölkələri arasında belə qruplaşmalara ən az azərbaycanlıların qoşulduğunu bildirib.
 
M.Qurbanlı dini maarifləndirmənin gücləndirilməsi, radikal qrupların gəlir mənbələrinin qarşısının alınması və onlara qarşı sərt hüquqi-inzibati tədbirlərin görülməsinin radikalizmlə mübarizənin mühüm elementləri olduğuna diqqət çəkib.
 
Görüşdə həmçinin, gələcək qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib.
 
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar