Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komissiya üzvündən əfv xəbərlərinə münasibət


Oktyabrın 5-dən qeyd olunacaq Qurban bayramı ərəfəsində əfvin olub-olmayacağı hələ bilinmir


Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev “Media forum” saytına belə deyib.

Deputatın sözlərinə görə, Əfv Komissiyasının iclasları davam edir: “Bəzi nəşrlər Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağını yazırlar. Media bəzi məhbus gənclərin səhvlərini başa düşüb prezidentə müraciət ünvanlamasını əsas götürüb bunu iddia edir. Təbii ki, əfv prezidentin müstəsna səlahiyyətidir, onun konstitusion hüququdur və dövlət başçısı həmişə humanist addımlar atıb. Heç şübhəsiz, prezident də istəməz ki, xüsusilə öz səhvlərini başa düşən gənclər uzun illər həbsdə qalsın. Prezident istəyər ki, hər bir  vətəndaş kimi onlar da cəmiyyətdə normal yaşasınlar, inkişaf etsinlər. Bu, ölkənin gənclər siyasətinə tam uyğun bir məsələdir.

Bir məsələni də qeyd edim ki, Azərbaycanda siyasi məhbus yoxdur. Kimsə öz yanından meyarlar düzəldir və buna əsasən hesab edir ki, Azərbaycanda siyasi məhbus var. Bu cür yanaşma beynəlxalq hüquq normaları baxımından doğru deyil.

Əfvə gəlincə, komissiyanın işi əsasnaməyə uyğun aparılır. Vətəndaşlardan, məhkum olunmuş insanların özlərindən ərizələr daxil olur. Müvafiq şöbədə o ərizələrlə bağlı sənədlər hazırlanır. Məhkumların cəza çəkdiyi müəssisələrə, Ədliyyə Nazirliyinə və Ali Məhkəməyə müraciət olunub onlardan rəy alınır. Bu, kəsilməz bir prosesdir. Ərizənin daxil olması o demək deyil ki, dərhal ona baxılır. Müraciət etmiş şəxs haqqında obyektiv məlumatların olması üçün əsasnamədə nəzərdə tutulan sənədlər hazırlanıb komissiya üzvlərinə verilir. Bu məlumatlar vacibdir. Komissiyanın gələcəyi nəticə haqda öncədən məlumat vermək mümkün deyil”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar