Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köməkçisindən millət vəkilinin ölümü ilə bağlı açıqlama


Millət vəkili Astan Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunun Çiləgir kəndində qəfil ürək tutmasından dünyasını dəyişib


Bu barədə APA-nın yaydığı məlumatı deputatın köməkçisi, Milli Məclis aparatının üzvü Asif Mehdiyev Axar.az-a təsdiqləyib. 

O bildirib ki, A.Şahverdiyev şəxsi işləri ilə bağlı Qusara getmişdi:

“Səhhətində hər hansı ciddi problem yox idi. Ötən gün və ondan əvvəlki gün bir yerdə olmuşuq, bir neçə məclisdə də birgə iştirak etmişik. Qusara şəxsi işi ilə bağlı getmişdi. Bu gün sübh çağı sürücüsü zəng etdi ki, dünyasını dəyişib. Çox üzgünük".

A.Mehdiyev deyib ki, hazırda Astan Şahverdiyevin nəşi Bakıya gətirilir. Onun nəşinin Qurd qapısı qəbiristanlığında dəfn olunması nəzərdə tutulur.

Astan Şahverdiyevin həyat yoldaşının səhhəti haqda yayılan məlumata aydınlıq gətirən A.Mehdiyev bildirib ki, Solmaz xanım bir müddət öncə insult keçirsə də, hazırda evdədir.

Qeyd edək ki, Astan Nuşirəvan oğlu Şahverdiyev 1947-ci ildə Füzuli rayonunda anadan olub. Neft və Kimya İnstitutunu və Politexnik İnstitutunu bitirib. Uzun illər pedoqoji fəaliyyətlə məşğul olub. Texnika elmləri doktoru, professor A.Şahverdiyev Azərbaycan Texniki Universitetinin kafedra müdiri idi.

2005-ci ildə Milli Məclisə seçkilərdə iştirak ediv və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Daha sonra 2010 və 2015-ci il seçkilərində də eyni dairədən uğur qazanıb.

Allah rəhmət eləsin!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar