Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kölndə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz mitinqi keçirilib


Fevral ayının 18-də Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz mitinqi keçirilib


Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mitinq Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü, Biefeld Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Köln Azərbaycan Türk Kültür Dərnəyinin dəstəyi ilə baş tutub. 
 
Aksiyada Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, habelə türk icmasının təmsilçilərindən ibarət 250-nəfərdən çox fəal iştirak edib. Mitinqin təşkilində məqsəd Avropa ictimaiyyətinə Xocalı soyqırımının insanlığa qarşı qəddarlıqla həyata keçirilmiş cinayət aktı olduğunu, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini çatdırmaqdır.
 
Aksiyada Ermənistanın Azərbaycana təcavüzünə son qoyulması, Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsi, xalqımızın məruz qaldığı terror və soyqırım aktlarının törədənlərin cəzalandırılması ilə bağlı şüarlar səsləndirilib.
 
Mitinqdə çıxış edənlər Ermənistanın 30 ilə yaxındır ki Azərbaycan torpaqlarının işğal altında saxladığını, bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrildiyini, on minlərlə azərbaycanlının Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini vurğulayıblar. Qeyd olunub ki, təcavüzkar dövlətə qarşı beynəlxalq hüquqa uyğun olaraq qəti və ciddi sanksiyalar tətbiq olunmalı, Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi təmin edilməlidir: "Çıxış edənlər eyni zamanda vurğulayıblar ki, bu gün Azərbaycan 90-cı illərdə olduğundan tamamilə fərqli bir dövlətdir - güclü iqtisadiyyatı, qüdrətli ordusu var və hər an öz torpaqlarının işğalçılardan azad etməyə hazırdır. Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövləti öz siyasi, hərbi və iqtisadi qüdrətini daha da möhkəmləndirir, regionun lider dövləti kimi dünyada qəbul olunur. Mitinq iştirakçıları Azərbaycan Prezidentinin siyasətini birmənalı şəkildə dəstəklədiklərini xüsusi olaraq vurğulayıblar" -  deyə, məlumatda bildirilir. 
 
Etiraz aksiyasında çıxış edən həmvətənlərimiz Xocalı soyqırımının tarixdə analoquna az rast gəlinən dəhşətli bir cinayət aktı olduğunu qeyd ediblər. Bildirilib ki, müasir dünyanın bu cür soyqırımlara, terror və soyqırım aktlarına laqeyd qalması, öz etiraz səsini qaldırmaması insanların daha təhlükəsiz və sabit bir dünyada yaşamaq ümidlərini azaldır.
 
Aksiyanın sonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı mitinq iştirakçılarının bəyanatı oxunub. Mitinq zamanı Xocalı soyqırımı haqda məlumatların əks olunduğu bukletlər yerli sakinlərə paylanılıb.(apa)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar