Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kollec direktorları təltif olunub, vəzifələrindən azad ediliblər


Onlar "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunublar


Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunublar.

 Nazirlikdən "Report"a verilən xəbərə görə, təhsil nazirinin müavini Firudin Qurbanov təltifləri təqdim edərək hər iki orta ixtisas təhsili müəssisəsinin zəngin inkişaf yolu keçdiyini bildirib və müvafiq sahələr üzrə kadr hazırlığı baxımından mühüm uğurlar qazandığını vurğulayıb, tədrisin təşkilində əldə etdikləri nailiyyətlərə və səmərəli fəaliyyətlərinə görə müəssisə rəhbərlərinə təşəkkürünü bildirib. Tənzilə Şıxıyeva və Eldar Əliyev onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını söyləyib, Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Tənzilə Şıxıyeva və Eldar Əliyev çalışmanın yaş həddi ilə bağlı öz ərizələrinə əsasən, tutduqları vəzifədən azad ediliblər.
Tənzilə Şıxıyeva və Eldar Əliyev kollec direktoru vəzifəsində 35 ilə yaxın fəaliyyət göstəriblər.

Ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Tənzilə Şıxıyeva 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib, 2011-ci ildə "Əməkdar müəllim" fəxri adı alıb. Eldar Əliyev isə 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar