Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kölgə İqtisadiyyat - Azərbaycan bu sahədə dünya lideridir


Azər Mehdiyev: “Azərbaycanda kölgə iqtisadiyyatın ÜDM-nın 67 faiz olması dəqiq olmaya bilər.Yəni bu rəqəm həm aşağı, həm də yuxarı ola bilər. Lakin fakt odur ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi böyükdür”.


“Əgər hər hansı bir sahədə gəlir əldə edən insanlar varsa və onlar qeydiyyata alınmayıbsa, burada mütləq müvafiq dövlət qurumları ilə iş birliyi var deməkdir”.

Bu sözləri iqtisadçı ekspert Azər Mehdiyev Azərbaycanda kölgə iqtisadiyyatının çiçəklənməsi ilə bağlı PİA.AZ-a şərh edərkən söyləyib.

Xatırladaq ki, Beynəlxalq diplomlaşdırılmış və sertifikatlaşdırılmış Mühasiblər Assosasiyasının (ASSA) Yaydığı hesabata əsasən Azərbaycan kölgə iqtisadiyyatının yayılmasında 1-ci yerdədir. ASSA-nın yaydığı hesabata əsasən kölgə iqtisadiyyatı Azərbaycanda ÜDM-nin 67 faizini əhatə edir. Həmçinin hesabatda o da qeyd olunur ki, 2025-ci ilə qədər Azərbaycanda və bir sıra digər MDB ölkələrində kölgə iqtisadiyyatı artan templə inkişaf edəcək. 



Hesabatda kölgə iqtisadiyyatın miqyasına görə Azərbaycan UDM-nin 67 faizi ilə birinci yerdə qərar tutarkən Nigeriya UDM-nin 48 faizi ilə ikinci Ukrayna isə 46 faizlə üçüncü yerdə qərarlaşıblar. Rusiya isə Ukraynadan sonra 4-cü yerdədir. Şimal qonşumuzda kölgə iqtisadiyyat ÜDM-nin 39 faizi təşkil edir. Daha sonra ilk beşliyi Şri-Lanka 38 faizlə qapadır. İlk onluqda isə ardıcıl olaraq Braziliya, Pakistan, Bolqarıstan, Estoniya və Keniya yer alır.

Azərbaycanda kölgə iqtisadiyyatının geniş yayılması əvvəldən də məlum idi. Hətta sovet dşnəmində belə kölgə iqtisadiyyatının miqyasına görə müttəfiq respublikalar arasında lider respublikalardan biri idi. Müstəqillik dönəmində isə kölgə iqtisadiyyatının miqyasına görə Azərbaycanın dünya liderinə çevrilməsi doğurdan maraqlı nüansdır. Çünki sovet dönəmindən fərqli olaraq indi Azərbaycanda azad bazar iqtisadiyyatı mövcuddur. Ən azından ölkəmizdə özəl sektor üçün heç bir qadağa mövcud deyil. O zaman Azərbaycanda kölgə iqtisadiyyatının bu qədər inkişafının səbəbi nədir?



Azər Mehdiyev: “Dövlət qurumlarında “paket” əmək haqqının verilməsindən tutmuş qeyri-dövlət strukturlarına, qara mühasibatlığa qədər geniş yayılmış kölgə iqtisadiyyatı inistitutları var”.


Mövzi ilə bağlı PİA.AZ-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevə müraciət edib. İqtisadçı ekspertlə qısa müsahibəni oxucularımızın diqqətinə cəlb edirik: 

Azər bəy, siz ASSA-nın bu hesabatı ilə bağlı nə deyə bilərsiniz? Doğurdanmı Azərbaycanda kölgə iqtisadiyyatı bu qədər yayğındır?

- Əslində mən hesabatın detalları ilə yaxından tanış deyiləm. Ancaq Azərbaycanda kölgə iqtisadiyyatının həcminin böyük olması haqqında əvvəllərdə müəyyən araşdırmalar olub. Xüsusən də, Dünya Bankının araşdırmasında Azərbaycanda kölgə iqtisadiyyatının böyük həcmdə olması göstərilirdi. Həmin araşdırmalara əsasən Azərbaycanda kölgə iqtisadiyyatı təxminən 72 faiz həcmində göstərilirdi. 

Böyük neft ixracı dövründə Azərbaycanda gizli iqtisadiyyatın böyük olması haqqında faktlar çoxdur. Xüsusən dövlət qurumlarında “paket” əmək haqqının verilməsindən tutmuş qeyri-dövlət strukturlarına, qara mühasibatlığa qədər geniş yayılmış kölgə iqtisadiyyatı inistitutları var. İqtisadiyyatın ayri-ayrı sahələrində, özünəməxsus əhali arasında rəsmi qeydiyyatdan keçmədən və yaxud ən azı sövdələşmələr əsasında fəaliyyət göstərən müəssisələrdən gəlir əldə etməyən insanlar  olub. Bu cür tədqiqatlar da həmin məsələlərin araşdırılıb ortaya çıxarılmasına söykənir. Bu baxımdan bu araşdırmalar həm müəyyən sorğulara, həm də müsahibələrə əsaslanır. Bunların əsasında ortaya qoyulmuş faktlara söykənir. 

Azərbaycanda kölgə iqtisadiyyatın ÜDM-nın 67 faiz olması dəqiq olmaya bilər.Yəni bu rəqəm həm aşağı, həm də yuxarı ola bilər. Lakin fakt odur ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi böyükdür. Eyni zamanda bilirik ki, 2014-ci ildə neftin qiymətinin aşağı düşməsindən sonra ölkədə vəziyyət xeyli dəyişib. Xüsusən nağdsız bölgənin genişləndirilməsi və nağd bölgənin azaldılması istiqamətində atılan addımlar kölgə iqtisadiyyatının azaldılmasına xidmət edir. Bu baxımdan verilən proqnoz ola bilər ki, bir qədər əvvəlki illəri əhatə etsin. Bəlkə də indiki reallıqlar nəzərə alınmayıb. 

Buna baxmayaraq Azərbaycanda kölgə iqtisadiyyatının tam və yaxud kəskin şəkildə aradan qaldırıldığını demək mümkün deyil. Əgər qarşıdakı dövrdə indiki proseslər davam etsə kölgə iqtisadiyyatının artması yox, azalması daha çox ehtimal olunur. 

- Azərbaycanda kölgə iqtisadiyyatının bu qədər yayılması hansı faktorlarla bağlıdır?

Azərbaycanda böyük neft ehtiyatları dövründə hökumət qurumlarının gəlirlərə tam nəzarət etməkdə maraqlı olmaması və yaxud o nəzarətin qeyri-formal formalarda həyata keçirilməsi prosesi gedib. Qeyd etdiyim kimi dövlət idarələrində əmək haqqından əlavə “paket”lərdən istifadə olunması və bu proses müəyyən qədər yığışdırılsa da, qismən hələ də davam edir.Buna əlavə olaraq qeyri-dövlət strukturlarında qara mühasibatlığın aparılması da mövcuddur, hansı ki, bu vəsaitlərin vergidən yayınmasına xidmət edir. Əvəllər gömrükdən ölkəyə daxil olan məhsulların tam qeydiyyata alınmaması da buna misal ola bilər.Ölkədə xüsusilə, özünəməxsus əhali arasında rəsmi dövlət qeydiyyatına keçmədən məşğul olma hallarının geniş yayılması və s. bu kimi çox saylı hallar var ki, bunlar gizli iqtisadiyyatın böyük olmasına gətirib çıxararır.

Azər Mehdiyev: “Azərbaycanda gizli iqtisadiyyatın böyük bir hissəsinin səbəbkarı məmur sahibkarlığından törəmə elementlərdir”.


- Kölgə iqtisadiyyatının bu qədər geniş yayılmasının Azərbaycan iqtisadiyyatı üçün hansı fəsadları var və hökümət kölgə iqtisadiyyatının qarşısını almaq hansı zəruri addımlar atmalıdır?

- Təbii ki, burada əsas məsələ atılacaq kompleks addımlardır. İlk növbədə söhbət mövcud qanunlara əməl olunması və gəlir götürən hər bir şəxsin qeydiyyata alınmasının təmin edilməsindən gedir. Əgər hər hansı bir sahədə gəlir əldə edən insanlar varsa və onlar qeydiyyata alınmayıbsa, burada mütləq müvafiq dövlət qurumları ilə iş birliyi var deməkdir. Və bu iş birliyi şəraitində belə hallar mövcuddur. Əks təqdirdə Azərbaycanda hər kəs bilir ki, insanlar öz şəxsi həyətində belə divar hörəndə və ya hər hansı iş görəndə müxtəlif dövlət qurumları insanların başının üstünü kəsdirir. Bu baxımdan atılmalı olan ilk addım bunların öz işinə məsuliyyətli yanaşmasıdır. 

İkincisi, qeydiyyatdan keçmədən fəaliyyət göstərən qurumların, şəxslərin ciddi şəkildə cəzalandırılması sistemi tətbiq olunmalıdır. Bu cəzalandırmadan heç kəs kənarda qalmamalıdır. 

Azərbaycanda gizli iqtisadiyyatın böyük bir hissəsinin səbəbkarı məmur sahibkarlığından törəmə elementlərdir ki, bunun aradan qaldırılmasında hökumətin vacib addımlar atması vacibdir. Nəhayət sonuncu səbəb odur ki, gizli iqtisadiyyatı qaçmağa sövq edən səbəblər var. Onların bir hissəsi məhz müxtəlif növ vergi və sosial ödənişlərin yüksək olması və digər qanunsuz müdaxilələrdən gedir.Bunların aradan qaldırılması istiqamətində addımlar atılmalıdır.

Sübü ƏZİZLİ
pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar