Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köhnə deputatlar yarımçıq qanun layihələrini başa çatdıra biləcəklər?


2010-cu ilin payızında keçirilən parlament seçkilərində deputat mandatı əldə edənlərin Milli Məclisdəki 5 illik fəaliyyəti başa çatmaq üzrədir


Ötən illərdə Milli Məclisin ayrı-ayrı komitələrində müxtəlif qanun layihələri hazırlanıb, onların bir çoxu plenar iclaslarda müzakirəyə çıxarılaraq qəbul olunub. Amma Milli Məclisin komitələrinin hazırladığı, ancaq qəbul edilməyən qanun layihələri də qalıb.

Modern.az Milli Məclisin komitələrində hansı qanun layihələrinin yarımçıq qalması ilə bağlı sorğu keçirib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli həmişə olduğu kimi komitədə başladıqları qanunları hazırlayıb axıra qədər çatdırdıqlarını vurğulayıb.

“Biz başladığımız qanunları axıra çatdırırıq. Amma mətbəximizdə onlarla qanun layihəsi var ki, onun üzərində çalışırıq. Düşünürəm ki, xalqın mənafeyi, prezidentimizin istəyi və Azərbaycanın maliyyə reallıqları baxımından biz bundan sonra da yaxşı qanunlar ortaya çıxaracağıq”.

H.Rəcəbli eyni zamanda aktuallığı baxımından bir sıra qanun layihələrinin qəbul olunmasını istədiklərini bildirib.

“Uşaqların istirahəti haqqında”, sahibkarlığın inkişafı ilə bağlı “İşəgötürənlər birlikləri haqqında”, “Gənc ailələrin sosial müdafiəsi haqqında” və digər qanun layihələri var ki, onlar aktuallığı baxımından önəmlidir. Eyni zamanda bir sıra sosial istiqamətli qanun layihələri var ki, zaman-zaman onların üzərinə də gələcəyik”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə komitənin spesifik olduğuna diqqət çəkərək, burada hərbi qanunvericilik sahəsində yarımçıq qalan qanun layihəsinin olmadığını deyib.

 “Oturuşmuş hərbi qanunvericilik müəyyən vaxtlardan bir dəyişilir. Bu gün hərbi qanunvericilik ümumən ordu quruculuğunu, hərbi qulluqçuların və xidmətçilərin sosial problemlərini həll edir. Zamanı gəldikcə, bu məsələyə qayıdılır. Yəni bu gün qovluğumzda olan və həllini tapmayan, başa çatmayan qanun layihəsi yoxdur. Amma şübhəsiz təlabat olduqca, komitə bu məsələlərlə bağlı müzakirələr, təkliflər edəcək və yeniliklərini ortaya qoyacaq”.

Qeyd edək ki, bu il noyabrın birinci həftəsində Azərbaycanda yeni parlament seçkiləri keçiriləcək. Buna görə də Milli Məclis payız sessiyasında bir neçə iclas keçirə biləcək ki, bu da yarımçıq qanunların başa çatdırılması üçün kifayət etməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar