Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köhnə avtomobillər bahalaşır


Hazırda ikinci əl maşınlara bazarda tələbat var

Son günlər Azərbaycanın avtomobil bazarında bahalaşma müşahidə olunur. Qiymət artımı daha çox ikinci əl avtomobillərdə özünü büruzə verir. Alıcıların bildirdiyinə görə, ötən həftələrlə müqayisədə maşınların qiyməti 500-1000 manata qədər bahalaşıb. Maşınların bahalaşmasına səbəb nədir?

Bu barədə ekspert Ramil Osmanlı azvision.az-a açıqlamasında bahalaşmanın səbəbini köhnə maşınlara təlabatın çox olması ilə əlaqələndirib. "Hazırda ikinci əl maşınlara bazarda tələbat var. İdxalın məhdudlaşması və "Avro-4" standartının tətbiqi də qiymət artımına təsir göstərir. Həmçinin bazarda kreditləşməyə qoyulan məhdudiyyətlər ili qismən yeni və bahalı olan maşınların alqı-satqısını da məhdudlaşdırır. Buna görə də ucuz və ili köhnə olan nəqliyyat vasitələrinə tələbat artır. Nəticədə qiymət artımı özünü büruzə verir. Tələbin artması qiymət artımına gətirib çıxarır".

Ekspertin fikrincə, qiymət artımı daha çox 1999-2003-cü illər istehsalı olan xarici avtomobillərdə müşahidə olunur. "Onların qiymətləri alıcıların imkanlarına cavab verdiyindən həmin avtomobillərə tələbat yüksəkdir".

R.Osmanlı yaxın vaxtlarda avtomobil bazarında qiymətlərin ucuzlaşmayacağını qeyd edib. Onun sözlərinə görə, bunun baş verməsi üçün iqtisadi səbəb yoxdur.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar