Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Klublarımız Avropa Liqasında mübarizəyə başlayır

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxacaq


Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” I təsnifat mərhələsində Lüksemburq klubu “Proqres”i qəbul edəcək. Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunur. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı olacaq. Heyətində bəzi dəyişikliklər edən “Qəbələ” doğma azarkeşləri önündə sərfəli nəticə əldə etməyə çalışacaq.
 
Ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirəcək. Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada “Baltsan”ın qonağı olacaq. Bu, eyni zamanda “Keşlə”nin hazırkı adı altında ilk avrokubok sınağı olacaq. Qitə səhnəsinə həm “Xəzər Universiteti”, həm də “İnter” kimi çıxan bakılılar yeni adla səfərdən uğurlu nəticə ilə dönmək əzmindədir. Ta Qalidəki oyun həm də Maksimovun bakılılarla avrokubokda debüt görüşü olacaq.

2018-19 mövsümündə Avrokubok mübarizəsinə ən son qoşulacaq Azərbaycan klubu “Neftçi” olacaq. “Ağ-qaralar” Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində digər təmsilçilərimizdən 1 saat gec meydana çıxacaq. Bakılılar “Dalğa Arena”da “Uypeşt”lə üz-üzə gələcək. Macarıstan təmsilçisi ilə görüş “Neftçi”də baş məşqçi debütü ilə yadda qalacaq. Belə ki, matç Roberto Bordinin bu postda “siftə”si olacaq. Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən “Neftçi” səfər öncəsi sərfəli nəticə əldə etməyə çalışacaq.
 
 
Avropa Liqası
 
I təsnifat mərhələsi, ilk oyun
 
12 iyul
 
 
20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq)
 
Qəbələ. Şəhər stadionu
 
20:00. “Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan)
 
Ta Qali. "Sentenari" stadionu
 
 
21:00. “Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan)
Bakı. “Dalğa Arena”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar