Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyevdə Azərbaycan Mədəniyyət Mərkəzi açıldı - Foto


Səfir Eynulla Mədətli və "Avropa Universiteti"nin rektoru İvan Timoşenko mərkəzə fəaliyyətində uğurlar arzulayıblar


 KiyevAzərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Ukraynanın ən böyük özəl ali məktəblərinin birində - “Avropa Universiteti”ndə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Tədbir “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və "Avropa Universiteti"nin rektoru İvan Timoşenko tədbir iştirakçılarını salamlayaraq, yeni mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Daha sonra tədbirdə “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun sədri Hikmət Cavadov, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini İsgəndər Zamanov elm və təhsil sahəsində Ukrayna və Azərbaycan əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə "Avropa Universitetin"nin fəxri fərmanları ilə tərtif edilib. 

Kiyev milli aviasiya universitetinin professoru, hüquq elmləri doktoru, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev Mədəniyyət Mərkəzinə öz kitablarını hədiyyə edib.

Açılış mərasimi "Mədəniyyət körpüləri birləşdirir" adlı konsert proqramı ilə davam edib.




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar