Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kitab oxumağa maraq yaradan 10 üsul


1. Zövqünə çox inandığınız dostunuzla məsləhət.

O, sizi elə motivasiya edər ki, bir gecəyə üç yüz səhifə oxuyarsınız. Əsərin məzmununu deyər, dünya ədəbiyyatındakı yerindən, dəyərindən danışar, sizdə heç vaxt ağlınıza gəlməyən həvəs yarada bilər.

2. Yüksək dəyər verdiyiniz böyük yazıçıların oxu menyusu.

Yayğın üsullardandır. Oxuyacağın kitabda vaxt itirməyəcəyinizin ən etibarlı qarantıdır.

3. Çətin əsərlərə girişmək.

Qarşınıza məqsəd qoyursunuz ki, lap Marsel Prustun "İtmiş zamanın axtarışında" romanını oxuyacam və bunun üçün əzm göstərirsiniz.

4. Dostlarla rəqabət və bəhs.

Söz verirsiniz, kim daha çox və daha səmərəli oxuyacaq. Oxuduğunuz eyni əsərlərlə bağlı fikir mübadiləsindən elə zövq alacaqsınız ki, bu zövqü başqa heç nədən ala bilməzsiniz.  

5. Filminə baxdığınız kitabı oxumaq

Eyni hadisələrin bir də kitab variantını gözdən keçirmək... Maraqlı əyləncədir... Və əmin olun, kitab sizi daha çox təsirləndirəcək. Dünyada estetik baxımdan kitabından yüksək olan nadir filmlər var.

6. Düşdüyünüz vəziyyətə uyğun mövzu seçmək.

Analoji halda başqa insanlar nə edərdi? Məsələn, Folknerin qəhrəmanları... Sizə maraqlı gəlmir?

7. Dövrləri xarakterizə edərək oxumaq.

Misal üçün, Mixail Bulqakovun "Master və Marqarita"sının Stalin despotizminin ən ağır illərində yazıldığını nəzərə alaraq oxumaq. Yaxud, Selincerin səngərdə yazdıqlarını...

8. Yazıçıların həyatını öyrənərək oxumaq...

Ah, "Çevenqur" kimi dahiyənə əsərin müəllifi dalandar işləyib, küçədə buz qıraraq çörəkpulu qazanıb. Yaxud, "Aclıq" romanının dahi müəllifi həm də Hitler üçün nekroloq yazıb.     

9. Müqayisəli oxumaq.

Bu mövzuda, yaxud bu quruluşda başqa bir əsər də oxumusunuz. Görəsən bu müəllif necə işləyib, orijinal nələrsə yaradıbmı? Bəlkə plagiatdır? Bəlkə müəllif siz oxuyan əsərdən xəbərsiz olub? Kitabda siz oxuyana bir göndərmə, bir işarə görsəniz necə? Açdığınız şifrələr sizə rahatlıq və özünəinam hissi bəxş edəcəkdir.   

10. Yüksək mükafata layiq görülənləri oxumaq.

Görəsən, nə yazıb ki, ona Nobel veriblər, "Buker" veriblər və s. Bəlkə, haqsıdırlar. Bəlkə, siz tanıdığınız daha güclü namizədlər var. Fikriniz etməkdən çəkinməyin. Ən böyük həqiqət için həqiqətidir. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar