Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kinostudiyada ağacları doğrayıb villa tikən oliqarx kimdir?


“Ərazinin sahibi deyir, yer mənimdir, özüm bilərəm. İstəyərəm bir dənə ev tikərəm, istəyərəm beş dənə”


Bu sözləri Axar.az-a Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyətində aparılan tikintiyə nəzarət edən, özünü iş icraçısı kimi təqdim edən İlqar adlı şəxs sifarişçinin sözünü çatdırarkən dedi. 

Onun sözlərinə görə, ərazi hazırda kinostudiyanın balansında deyil. Sözügedən yerlər vaxtilə kinostudiyanın balansında olsa da, hazırda bir sahibkar tərəfindən alınıb.
 
Ərazidə olduğumuz zaman çəkiliş aparmaq istəsək də, iş icraçısı hasarlanmış ərazidən içəri daxil olmağımıza və çəkiliş aparmağımıza izn vermədi. Ondan ərazinin sahibi ilə danışmaq üçün bizə şərait yaratmasını xahiş etdik. Lakin bunun mümkün olmadığını bildirdi:
 
“Vaqif müəllimlə danışım, görüm nə deyir. Özbaşına icazə verə bilmərəm”.
 
İş icraçısı yerin sahibi olduğunu dediyi Vaqif müəllimlə danışdıqdan sonra birdən-birə “fəhləyə” çevrildi:
 
“Mən burada adi fəhləyəm. Şəxsi adamdı buranın sahibi. Deyir, özüm bilərəm, öz ərazimdir, istəyərəm bir dənə ev tikərəm, istəyərəm beş. Deyir ev mənimdir, heç kəsi buraxma, vəssalam. Mən də buraxmıram”.
 
Qeyd edək ki, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyətinə aid olan meşəlik məhv edilir. Sözügedən ərazi yaşayış evləri tikmək məqsədilə müəyyən hissələrə ayrılıb, artıq hasarlar da çəkilib.
 
Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov isə Axar.az-a sözügedən ərazinin onlara aidiyyəti olmadığını bildirib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ağacların kəsilməsi faktı ilə bağlı araşdırmalara başlayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar