Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kimin maaşı nə qədər artdı? - Son qərara şərh


Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib. Dəyişikliyə əsasən, əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130 (əvvəl 116), 132 (əvvəl 121), 134 ( əvvəl 126) və 136 (əvvəl 132) manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib. Bu dəyişikliyə əsas minimum əmək haqqının 116 manatdan 130 manata qaldırılması olub


Beləliklə də, 2018-ci ilin yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən və 1, 2, 3 və 4-cü tarif dərəcəsi ilə maaş alanların aşağı əmək haqları 4 manatdan 14 manatadək artıb.

PİA.AZ xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu bu qərarı şərh edib. Burda diqqəti 2 məqama cəlb etməyi vacid sayan ekspert yazır: 

Birincisi, vahid tarif cədvəli 19 dərəcədən ibarətdir. Vahid tarif cədvəli üzrə ödəniş dərəcələri ixtisas tələbləri və iş stajı ilə fərqləndirilir. Məsələn, ali məktəblərdə dosentlər iş stajından asılı olaraq 14-16 dərəcə ilə, professorlar isə 16-18 dərəcə ilə əmək haqqı alırlar. Hazırkı artım yalnız 1, 2, 3 və 4-cü dərəcə ilə aşağı əmək haqqı alanlara şamil olunur. Bu isə o deməkdir ki, 5-ci və ondan yuxarı olan bütün dərəcələr üzrə əməyin ödənişində dəyişiklik olmayacaq. 

İkincisi, AMEA, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna edilməsi onlarda əməyinin ödənişinin Vahid Tarif Cədvəlinin fərqli olması ilə əlaqədardır. Belə ki, həmin müəssisə və təşkilatlarda çalışanlara Vahid Tarif Cədvəlinin 1-ci dərəcəsi üzrə 145 manat ödənildiyinə və bu məbləğ də minimum əmək haqqının hazırkı səviyyəsindən (130 manatdan) yüksək olduğuna görə, son dəyişikliklər onlara şamil olunmur. 

İqtisadçı hesab edir ki, Nazirlər Kabinetinin qərarı 3 səbəbdən ədalətli hesab oluna bilməz: “Birincisi bu artım Vahid Tarif Cədvəlinin yalnız aşağı 4 dərəcəsini əhatə edir. İkincisi ilk 4 dərəcəyə şamil olunan artımın məbləği hətta rəsmi inflyasiyanın dəyərsizləşdirdiyi 12,9 faizi belə əvəzləmək iqtidarında deyil. 
Digər tərəfdən isə ötən il qeydə alınan 12,8 faiz ümumi, o cümlədən ərzaq məhsulları üzrə 16,4 faiz xüsusi inflyasiyanın nəticəsində əmək haqqının dəyərsizləşməsi yalnız aşağı tarif dərəcələri üzrə deyil, bütün səviyyələrdə müşahidə olunub. 

Belə olan halda da artımın cüzi olsa da yalnız ilk 4 pilləyə şamil olunması və digər 15 dərəcəni inflyasiyadan qorumaq üçün indeksləşdirmənin aparılmaması sosial cəhətdən ədalətli sayıla bilməz.

Görünür, rəsmilərimiz belə düşünüblər ki, müəllimlərim və həkimlərin əmək haqqı artımına ehtiyacı yoxdur, maaşların hazırkı səviyyəsi onları qane edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar