Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kim Xalq yazıçısı ola bilər?

Bu yaxınlarda millət vəkili Elmira Axundovaya Xalq yazıçısı adı verildi


 Bəs daha kimlərə Xalq yazıçısı, Xalq şairi adının verilməsini istərdiniz?
PİA.AZ bildirir ki, Kulis.az bu mövzuda tanınmış yazıçı və şairlərdən öyrənib. Cavabları təqdim edirik.


- Elmira xanımı təbrik edirəm. Mənim təklif edəcəyim adlar bunlardır: Musa Yaqub, Ramiz Rövşən, Zakir Fəxri, Afaq Məsud, Çingiz Əlioğlu.

Rəşad Məcid

- Elmira xanımı təbrik edirəm. Sevindim. Bütün sanballı ədəbi-publisistik fəaliyyəti ilə bu adı haqq edir. Qadınlardan Afaq Məsudun da xalq yazıçısı olmasını arzulayıram.

Seyran Səxavət

- Bizim istəyimizdən heç nə asılı olmadığı halda nəsə demək yersizdi. Özümüzü, sözümüzü aşağı düşürməkdi. 

Əsəd Cahangir


- Əvvəla Elmira xanımı Xalq Yazıçısı fəxri adı alması münasibətilə  təbrik edirəm. Elmira xanım çağdaş publisistikamızın qabaqcıl nümayəndələrindən biri kimi Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında mühüm rol oynamış bir qələm sahibidir və aldığı ada layiqdir.

Məncə, Xalq şairi adına namizədlər sırasında poeziyamızda mərhələ yaradan iki şairin - Ramiz Rövşən və Vaqif Bayatlının adını hamıdan öncə çəkmək lazımdır. Ümid edirəm ki, möhtərəm cənab Prezidentimiz bu şairlərə layiq olduqları Xalq şairi adı verməklə, çoxmilyonlu oxucu kütləsinin sevincinə səbəb olacaq. O gün ədəbiyyatımızın bayramı olacaq.

Azərbaycan romançılığının inkişafında, bədii nəsr təfəkkürünün yeniləşməsindəki mərhələvi xidmətlərinə görə Kamal Abdullanı, milli nəsrin modernləşməsindəki xidmətlərinə görə Afaq Məsudu, milli şeirdə gedən yeniləşmə prosesindəki roluna görə Çingiz Əlioğlunu bu ada layiq hesab edirəm.

Qarabağ mövzusu ilə bağlı romanlarına görə Aqil Abbas bu adı alsa, sevinərdim.

Nəriman Əbdülrəhmanlı

- Mən ümumiyyətlə "xalq yazıçısı" kimi mahiyyətindən uzaq, artıq nüfuzunu itirmiş fəxri adın (eləcə digər sahələr üzrə) ləğv edilməsinin tərəfdarıyam. Əvəzində, daha məntiqli, daha nüfuzlu bir şey fikirləşib tapmaq olardı.

Aqşin Yenisey


- Ad vermək, təqaüd ayırmaq, ev bağışlamaq - bunlar bütün dövrlərdə və bütün dövlətlərdə hakimiyyətlərin qiymətləndirmə metodu sayılıb. Hətta hakimiyyəti tənqid etməsinə baxmayaraq, Volterə də gəncliyində təqaüd verilmişdi. Yaxud İngiltərə kraliçası "İslahatlar qanunu"nu parlamentdən keçirdiyinə görə Bertan Rasselin nazir babasına ev bağışlamışdı. Məni düşündürən bu deyil, cəmiyyətin bu qiymətləndirmə metoduna heyranlığıdır. Aşağı zümrələr canfəşanlıqla "Xalq yazıçısı", "Xalq Artisti" fəxri adlarının müdafiəçisi kimi çıxış edir, bu adın layiq olduğu adamlara verilməsini, layiq olmadığı adamlardan geri alınmasını istəyir. Əgər doğrudan da, yazıçını, şairi, müğənnini verilən ada, təqaüdə, evə görə qiymətləndirəcəkdiksə, onda sovet imperiyasını niyə dağıtdıq? Bu gün "Fəxri xiyaban"dan əli çıxdığı üçün bizi erməni bazarında aşağılayan həmin sovetdənqalma "Xalq yazıçı"ları deyilmi? Olmazdımı ki, Azərbaycan dövləti, müstəqilliyi rəmzləşdirən öz fəxri adlarını təsis etsin? Sovetizmin bu tör-töküntü dəyərlərini yaşatmaq kimin nəyinə lazımdır? Mən bu adların ləğv olunmasını, yaxud, heç olmasa, müstəqil Azərbaycanı rəmzləşdirən yeni titullarla əvəzlənməsini istərdim.

Mübariz Örən

- Musa Yaquba, Ramiz Rövşənə, Kamal Abdullaya.

Rəbiqə Nazimqızı


- Mən fəxri adları o qədər də təqdir etmirəm. Amma indi azərbaycanlıyıq da, hər hansı şəkildə ürəyimizə yaxın kiminsə qiymətləndirildiyini görəndə-eşidəndə sevinirik, təbrik edirik. Bir növ vərdişdir də. Təbrik etmək, sevinmək, heyrətlənmək, ya təqdir etməmək. Meyar xalqdırsa, məşhurluğuna görə bir çox meyxanaçılara ad verilməlidir, meyar istedaddırsa, bunu bizdə kim, necə müəyyən edir? Konkret cavab versəm, şairin, yazıçının ada ehtiyacı olmamalıdır. İllah da ad verilməlidirsə, təbii ki, üç ad mütləq olacaq: Ramiz Rövşən, Musa Yaqub, Vaqif Bayatlı Odər. Onlar o siyahıda olmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar