Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərim Vəliyevdən Şahin Sultanovun həbsinə münasibət


"Müdafiə Nazirliyindən bununla bağlı açıqlama tələb etmək düzgün deyil"


 Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun və digər yüksək rütbəli zabitlərin həbsinə münasibət bildirib.

APA-nın məlumatına görə, K. Vəliyev bu gün bir qrup KİV rəhbəri ilə görüşdə qeyd edib ki, cinayət işi Hərbi Prokurorluq tərəfindən qaldırılıb, ittiham məhz bu orqan tərəfindən irəli sürülüb.

“Odur ki, yüksək rütbəli zabitlərin həbsi barədə suallar Hərbi Prokurorluğa ünvanlanmalıdır. Müdafiə Nazirliyindən bununla bağlı açıqlama tələb etmək düzgün deyil”, - deyə general-leytenant qeyd edib.

O, keçmiş korpus komandiri Mahmud Həmzəyev barəsində cinayət işinin başlanması və həbs olunması barədə məlumatlara MN-in münasibət bildirməməsi məsələsinə də toxunub.

K. Vəliyev bildirib ki, M. Həmzəyev hazırda təqaüddədir, onun MN-ə heç bir aidiyyəti yoxdur: “Mahmud Həmzəyev hörmətli generallarımızdandır, hazırda təqaüddədir, Müdafiə Nazirliyinə də heç bir bağlılığı yoxdur. Bundan başqa, özü barəsində yayılan xəbərlərə aydınlıq gətirib, təkzib edib”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar