Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənovun karyerası final nöqtəsinə çatır


Kərəm Həsənov Eldar Mahmudova o qədər arxayın imiş ki, hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi belə eşitmirmiş


Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov yaxın vaxtlarda istefaya göndərilə bilər.

24saat.org-a daxil olan məlumata görə, buna səbəb “MTH işi”nin istintaqında Kərəm Həsənovla bağlı da ciddi faktların ortaya çıxmasıdır. 

İddia olunur ki, Kərəm Həsənov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məmurlar, onların qohumları və ayrı-ayrı sahibkarların əmlakları barədə məlumatlar ötürüb. Təsadüfi deyil ki, “MTH işi”nin ilk günlərində Kərəm Həsənovun Eldar Mahmudovla işbirliyi barədə məlumatlar yayılmışdı. 

Əldə etdiyimiz məlumatlara görə, komitə sədri ilə Eldar Mahmudovun yaxınlığı sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra başlayıb. O zaman yazılırdı ki, Kərəm Həsənov Fərhad Əliyevlə aralarında ziddiyyət olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun çətiri altına keçib. Lakin sən demə, Kərəm Həsənovun yeni patronu Eldar Mahmudov imiş. Məlumatlara görə, Kərəm Həsənov Eldar Mahmudova o qədər arxayın imiş ki, hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi belə eşitmirmiş.

Məlumatlarda bildirilir ki, prezident İlham Əliyevin İlham Əliyevin mayın 19-da dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı fərman Kərəm Həsənovun “vurulması” prosesinin başlanğıcıdır. Bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınıb. Komitə sədri özəlləşdirmə prosesindən kənarda saxlanılıb. Bəzi iddialara görə, Kərəm Həsənova ub etimadsızlığın bir səbəbi özəlləşdirmə sahəsindəki maxinasiyalardırsa, digər səbəbi onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyində olması barədə faktlardır.

Kərəm Həsənovun artıq hakimiyyətdə nüfuzunu itirdiyini sübut edən daha bir fakt kənd təsərrüfatı naziri Heydər Əsədovun bir müddət əvvəl keçirdiyi müşavirədə Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Kərimovu sərt şəkildə tənqid etməsidir. Bu barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, Rahib Kərimov Kərəm Həsənovun kadrıdır. Heydər Əsədovun müşavirədə ən sərt tənqidə məruz qoyduğu şəxslərdən biri məhz Rahib Kərimov olub. Hətta bəzi iddialara görə, nazir onu tutduğu vəzifədən azad etməyə hazırlaşır.

P.S. PİA.AZ-a özəl mənbələrdən daxil olan məlumata görə üç gün əvvəl Kərəm Həsənovun əmisi oğlu Lənkəranın Liman qəsəbəsində həbs olunub. Həbsin detalları ilə bağlı məlumatı dəqiqləşdirdikdən sonra oxucularımızın diqqətinə çatdıracağıq. Qeyd edək ki, Kərəm Həsənovun əmisi oğlu Liman qəsəbəsində liman rəisidir. Həbs olunan şəxsin isə liman rəisinin qardaşı olduğu bildirilir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar