Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənova qarşı etimadsızlıq böyüyür


Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə daha bir zərbə – “28Mall” komitə sədrinin əlindən alınır


Komitə sədrinin əlindən alınacaq ilk daşınmaz əmlakın “28 Mall” ticarət mərkəzi olacağı ehtimal edilir. Belə ki, bu ticarət mərkəzi K.Həsənovdan alınacaq obyektlərin siyahısında birinci yerdə qərarlaşıb.

Son vaxtlar səlahiyyətləri sürətlə əlindən alınan və fəaliyyəti ciddi şəkildə təftiş edilən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov daha bir problemlə üzləşib. Bu barədə cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, ölkə başçısı qarşısında etimadını itirən K.Həsənovla bağlı aparılan təftişlər hələ başa çatmasa da, artıq indidən komitə sədrinin ciddi maliyyə maxinasiyalarına yol verdiyi, “ümumi katyola” milyonlarla manat məbləğində vəsait “atdığı” məlum olub.

Mənbənin bildirdiyinə görə, komitə sədrinin ona göstərilən etimaddan sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəməsi “yuxarı”nın qəzəbinə səbəb olub. Məhz bu səbəbdən də komitə sədrinə məxsus bütün daşınmaz əmlak növlərinin müəyyənləşdirilməsinə və onların bir qisminin K.Həsənov tərəfindən yoxa çıxarılan pullara cavab olaraq qeyri-rəsmi şəkildə müsadirə edilməsinə qərar verilib.

Mənbənin sözlərinə görə, komitə sədrinin əlindən alınacaq ilk daşınmaz əmlakın “28 Mall” ticarət mərkəzi olacağı ehtimal edilir. Belə ki, bu ticarət mərkəzi K.Həsənovdan alınacaq obyektlərin siyahısında birinci yerdə qərarlaşıb.

Bilgili qaynağın cumhuriyyet.az-a verdiyi məlumata görə, qənaətincə, əgər “28Mall”ın komitə sədrindən alınması reallaşarsa, bu, K.Həsənov üçün kifayət qədər ciddi zərbə olacaq və onun süqutunu qaçınılmaz edəcək. Çünki Azərbaycan reallığında maliyyə xəyanətinə cavab olaraq əmlakı əlindən alınan bir məmurun sadəcə vəzifəsini deyil, bor çox hallarda azadlığını belə itirməsi bir həqiqətdir və çox güman ki, komitə sədri də bu məsələdə istisna təşkil etməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar