Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənov və Elmar Vəliyev Qara dəniz sahilində otel tikirlər - Gürcüstanda

Gürcüstanda inşa edilən otelə bir neçə on milyon dollar vəsait sərf olunacaq


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev Gürcüsatanda, Batimi yaxınlığında Qara dəniz sahilində beş ulduz otel tikirlər. Sözü gedən otelin gələn ildən başlayaraq turistləri qəbul edəcəkləri bildirilir. 

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Kərəm Həsənovla Elmar Vəliyev şərikli biznes sahələrini genişləndirirlər. Qeyd edək ki, Kərəm Həsənov və Elmar Vəliyev qudadırlar və Gürcüstanda inşa edilən otel onların ilk şərikli biznesi deyil. Təqribən bir ay əvvə pia.az saytı yazmışdı ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla qudası Gəncə şəhər icra başçısı Elmar Vəliyev Gəncədə hündür mərtəbəli binalar inşa edirlər. Hazırda həmin binalarda son tikinti işləri gedir. 

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Gəncədəki tikinti işlərini, həmçinin  Gürcüstandakı otel tikintisini Kərəm Həsənovun “Azinko” şirkəti həyata keçirir. Mənbə onu da bildirib ki, Gürcüstanda inşa edilən otelə bir neçə on milyon dollar vəsait sərf olunacaq.

Qeyd edək ki, ölkə prezidentinin xəbərdarlıqlarına baxmayaraq, artıq çoxdandır ki, Azərbaycan məmurları və iş adamları Azərbaycanda qazandıqları pulları Gürcüstana sərmayə qoyurlar. Azərbaycanda bir çox dövlət məmurunun qonşu Gürcüstanda otel və digər biznes sahələrinə sərmayə yatırmaları barədə qonşu ölkənin mətbuatında mütəmadi məlumatlar dərc edilir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar