Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərə yağının qiyməti və “Trans Broker”in monopoliyası


Əbülfəz Məlikov-Anar Allahverdiyev tandemi və yaxud kərə yağının qiymətinin bu qədər artmasında “Trans Broker”in monopoliyasının hansı rolu var?


Qubad İbadoğlu: “Ölkəyə 1 kiloqram Yeni Zelandiya yağı 5 manat 34 qəpiyə idxal olunur”

Bu günlər ölkə mediasında və ictimaiyyət arasında geniş müzakirə olunan mövzulardan biri də kəra yağının qiyməti məsələsi oldu. Bu ərzaq məhsulunun birdən birə hədsiz bahalaşması elə bir ajiotaj yaratdı ki, hətta işə dövlət başçısı özü müdaxilə etməli oldu. Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldıldı. Gömrük idxal rüsumlarının azaldılmasından sonra mütəxxəsislərin verdikləri açıqlamalarda kərə yağının yaxşı halda qiymətinin 10 faiz aşağı düşə biləcəyi vurğulandı. Bu isə əslində qiymətlərin cüzi aşağı düşməsi deməkdir.

İqtisad elmləri doktoru Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb ki, gömrük idxal rüsumlarının azaldılmasına münasibət bildirib. Tanınmış iqtisadçı ekspert bildirib ki, rəsmi məlumatlara görə, ölkəyə 1 kiloqram Yeni Zelandiya yağı 5 manat 34 qəpiyə idxal olunur. Rüsum endirldikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər.

Картинки по запросу qubad ibadoğlu

Qubad İbadoğlu bildirib ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Ən ucuz yağ Estoniyadan – 2,62 dollar, ən baha yağ Lüksemburqdan – 10,18 dollar idxal edilir. İndiki məzənnə ilə Yeni Zelandiya yağı 5 manat 33 qəpiyə başa gəlir. Nəticədə 1 kq yağın orta qiyməti 6 manat 80 qəpik təşkil edir. 

İqtisadçı ekspertin bu rəyi faktiki olaraq hazırda 18-20 manata satılan kərə yağının qiymətinin nə qədər şişirdildiyindən xəbər verir. Heç kəsə sirr deyil ki, problemin tək səbəbi yalnız yüksək rəsmi gömrük idxal rüsumu deyil. Kərə yağı da digər bir çox məhsullar kimi monopoliya altındadır və qiymət artımının əsas səbəblərindən biri həmin monopolistlərin bazara hökm etməsidir. Bununla bağlı cumhuriyyet.az saytının apardığı araşdırmalar və təhlillər isə ilginc məqamları üzə çıxarıb.

Yağ monopolistləri: Siyahıda Əbülfəz Məlikovun da adı var

Azərbaycanda bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır. Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Bu biznes “broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun monopoliyasındadır. 



Bununla bağlı cumhuriyyet.az saytının media üzərindən apardığı araşdırmalardan əldə edilən məlumata görə, Ə.Məlikovun idxal etdiyi yağların içinə balina yağı və heyvanların iç piyini qatırlar: 

“Ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə “ekoloji cəhətdən təmizdir”, yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən “Toplyonoye maslo”, “Novvejskoye maslo” olub. Bunların üzərində inək şəkli vardı. Hətta yerli “Fazil” firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı. Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Ancaq Ə.Məlikovun sayəsində keyfiyyətsiz məhsullar Azərbaycan bazarına buraxılır”.

Burdan da göründüyü ki, əslində Azərbaycana gətirilən kərə yağı standartlara cavab vermir, sağlamlığa ziyan olmaqla yanaşı, həmşinin qiyməti daha aşağıdır.

“Trans Broker” – sahibkarların qorxunc röyası, çirkli milyardlar 

Qeyd edək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. 

“Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir. “Trans Broker” MMC-nin iş prinsipi – rüşvət yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti şəxsi hesablara yönəldir. 



Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir. Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. 

“Trans Broker” MMC iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən rüşvət şəklində onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib, iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edirlər. Yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır.

“Broker” şefinin “kassa”sı – Anar Allahverdiyev

“Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir. Bu şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar maraqlı məqamların üzə çıxması ilə nəticələndi.



Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin “Broker” MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar. 

Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun “bəzi işlərini” görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir. Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov “Broker” MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib. 



Adı “Broker” MMC-nin işçisi kimi yazılan Anar Allahverdiyev demək olar ki, ilin 7-8 ayını Amerikada və Avropada keçirir. Onun bu qitələrə məhz Məlikovun tapşırığı ilə getdiyi və işlər gördüyü iddia olunur. Mənbələr bildirir ki, Anar Allahverdiyev öz əyləncələrindən də qalmır. ABŞAvropa səfərləri zamanı dünyanın ən bahalı məkanlarında istirahət edən Əbülfəz Məlikovun “sağ əli” “Broker” MMC-nin “pulları”nı kef məclislərinə xərcləyir. 

İddia edilir ki, bu şəxs “Broker” MMC-nin çirkli pullarının hesabına Amerikada və Avropada ayda ərzində 200-300 min manat xərcləyir. Məlumatlı mənbələr həmçinin iddia edir ki, Anar Allahverdiyevin Bakı şəhərində onlarla mülkü var. Onun sahib olduğu mülklərin, obyektlərin əksəriyyətinin Əbülfəz Məlikova məxsus olduğunu demək olar. Paytaxtın Teymur Əliyev küçəsində yan-yana tikilən 3 villanın təkcə qiyməti 10 milyon manata yaxındır. İsmayıllı, Qəbələ, Quba, Şamaxı, Qax rayonlarında onlarla imarətin qiymətini isə hesablamaq çətindir. Anar Allahverdiyevin sürdüyü maşınların ən ucuz qiymətiinin 150 min dollar olduğunu qeyd edə bilərik.

Bu son deyil…

Yalnız bir yazıda Azərbaycan gömrüyündə kök salan mafioz sistemi tam çılpaqlığı ilə göstərmək qeyri-mümkündür. Bir tərəfdən məlumatların ciddi-cəhdlə gizli saxlanılması, digər tərəfdən iri media qurumları ilə sıx əlaqələri bu şəbəkənin hələ ki, tam ifşa olunmasını gecikdirir.

Hər il milyardlarla manatı mənimsəyən bu “çete”nin əməllərini araşdırmaqda davam edəcəyik. Bizi izləyin. (Cumhuriyyet.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar