Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərə yağının gömrük rüsumu azaldıldı… - Qiymətlər yenə düşmədi


2017-ci ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 15 faizdən 5 faizə salınması ilə bağlı qərar qəbul edib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq


Qərarın bir aydan çox müddətdə qüvvədə olmasına baxmayaraq, hələ də kərə yağının qiymətində əsaslı azalma müşahidə edilmir.

Xatırladaq ki, 2017-ci ilin son aylarında Yeni Zellandiya istehsalı “Westgold” və “Anchor” kərə yağlarının 1 kiloqramı 17-18 manata, Fransa istehsalı olan “French Cow” 18 manat 50 qəpiyə, Hollandiya istehsalı “President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı “Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilirdi. 2015-ci ilin 21 fevral devalvasiyasına qədər isə qeyd edilən kərə yağlarının hər biri ən azı 10 manat ucuz satılırdı.

Bu barədə iqtisadçı Vüqar Bayramov deyib ki, hazırda rüsumların azaldılmasının kərə yağının qiymətinə təsiri hiss edilmir:

“Rüsumlar azaldılan zaman apardığımız qiymətləndirmələr göstərirdi ki, rüsumun 15 faizdən 5 faizə endirilməsi nəticə etibarilə yağların hər kiloqramda 2 manata qədər ucuzlaşmasına səbəb olacaq. Bir tərəfdən rüsum azaldılıb. Digər tərəfdən də ƏDV rüsum tətbiq edildikdən sonra hesablandığı üçün onun da azalmasına səbəb olub.

Bütün bunların müqabilində isə kərə yağı ucuzlaşmır. Yanvarın əvvəlində kərə yağlarının qiymətində 80 qəpiyə qədər azalma qeydə alınsa da, bu ciddi ucuzlaşma hesab olunmur. Bu isə şirkətlərin kərə yağının qiymətinin azalmasında maraqlı olmadığını deməyə əsas verir. Məsələn, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollar olub”.

Ekspert qeyd edib ki, gömrük rüsumlarının 5 faizə endirilməsindən qazanan monopolist şirkətlərdir:

“Məsələ burasındadır ki, şirkətlərin xərci azalıb, amma bunun qiymətlərdə təzahürünü hiss etmirik. Bu məqamda isə rüsumların aşağı düşməsindən vətəndaşlar deyil, şirkətlər qazandı.

Dünya bazarında da kərə yağının qiymətində ciddi bahalaşma yoxdur. O zaman Azərbaycanda qiymət bahalaşmasının iqtisadi əsaslarını izah etmək olduqca çətindir. Nəticədə kərə yağına tətbiq edilən gömrük rüsumlarının azaldılmasının heç bir əhəmiyyəti qalmır. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi kərə yağına tətbiq edilən rüsumların azaldılmasından sonra monitorinqlər aparmalıdır. İqtisadiyyat Nazirliyi bu monitorinqlər nəticəsində, mütləq şəkildə qiymət azalmasının baş verməməsini izah etməlidir”. /fed.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar