Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərə yağı adı ilə satılan yağlar ziyanlıdırmı?


Bəzi mütəxəssislər Azərbaycanda satışda olan və kərə yağı adı ilə satılan yağların böyük hissəsinin insan orqanizmi üçün zərərli olduğunu, onların tərkibində insan orqanizminə zərər verən palma yağlarının olması barədə söylədiyi fikirlərə münasibət bildirib


Qida Təhlükəsizliyi Agentliyinin Risklərin İdarəedilməsi şöbəsinin baş məsləhətçisi İlahə Əliyeva özəl olarq Trend-in sorğusuna cavab olaraq bildirib ki, palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir və bu yağlar qida əhəmiyyətli xüsusiyyətlərinə görə geniş istifadəliliyə malikdir.

İ.Əliyeva əlavə edilib ki, bu yağın orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib. Hər hansı bir qida məhsulunun tərkibinin insan sağlamlığına zərərli olub-olmaması yalnız müvafiq laborator müayinələrdən sonra müəyyənləşdirilə bilər.

Palma yağının Azərbaycan mətbəxində istifadə edilmədiyini nəzərə alaraq, kərə yağlarının tərkibinə palma yağının daxil edilməsinin və Azərbaycanda palma yağının qida yağı kimi istifadə edilməsinin yolverilən hal olub-olmadığına gəldikdə isə, agentlik rəsmisi bildirib ki, Azərbaycanda bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur:

"Palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir. Bu yağın istifadə olunduğu məhsullara nümunə kimi müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatları sadalamaq olar. Həmçinin, Azərbaycanda da bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur. Tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə istehlakçılara təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur".

İ.Əliyeva Azərbaycanda hansı adla satılan kərə yağlarının təbii kərə yağı hesab edilməsi ilə bağlı suala cavab olaraq bildirib ki, ticarət şəbəkələrində satılan hər hansı bir kərə yağının təbii kərə yağı olub-olmamasını yalnız laborator müayinənin nəticəsindən sonra müəyyən etmək mümkündür. Laborator müayinədən keçməmiş heç bir məhsul haqqında fikir söyləmək mümkün deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar