Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəpənək qədər amma kəpənəkdək özgür yaşam



Bir səs gəlir. Heç kəs duymur


Çünki o səs sənin içindəki fırtının səsidir.  Heçkimi incitməmək üçün içindən bağırırsan, heçkimi qırmamaq üçün içini qırıb tökürsən.  Ağlayırsan göz yaşların içinə axır. Hərarət içində qovrulan ürəyin bumbuz olmuş gözyaşlarınla islandıqca diksinir.  Artıq sən də heçnə duymursan.İçindəki fırtına qulaqlarını kar edib.

Qaçmaq istəyirsən uzaqlara, həm də çox uzaqlara... Bəlkə tənha bir adaya, ya da başqa planetə.  Bəlkə tanımadığın birilə dərtləşib dünyanın acımasızlıklarını görməyən saf ürəklərlə durulanmaq istəyirsən.  Bəlkə də tənha qalmaq hər kəsdən qaçmaq. İnsanların içində tənha qalmaqdansa özünə sadəcə bir şeyi ərməğan etmək istəyirsən. İnsanlardan uzaq gerçək tənhalığı.  Yenə suallar yaranır əmin olmadığın istəklərinlə bağlı. Əmin olduğun isə sadəcə budur özün də daxil parçaladığın qəlbini alıb   ən yaxın uzaqlığa qaçmaq istəyirsən. Yorulursan... Kimdən yorulduğunu, nədən yorulduğunu  bilmədən yorulursan. 

Düşünürsən...Düşünürsən və nəhayət birgün düşünməkdən də yorulursan.  Qarışıb beynin qarmaqarışıq.  Qurtulmağa çalışdıqca yeni baryerlər yaradıbsan özün üçün. Dolaşıb hərşey əlinə- ayağına, bir baramatək.  Suallar, maneələr elə sarıb ki, içində qığılcım yaradacaq ümid işığına belə yer qalmayıb.  Suallar, fikirlər içində boğulursan. İçindəki boşluqda boğulursan və sadəcə bir istəyin qalır. Qısa ancaq özgür bir həyat. Bir gün ömrü olduğunu bildiyin halda barama olmaqdan qurtulub kəpənək qədər amma kəpənəkdək  özgür yaşamaq istəyirsən...

Cəmilə KƏRİM


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar