Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd təsərrüfatı yarmarkalarında monitorinqlər başladı


Bu gündən Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalarda Qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyət göstərəcək


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin "APA-Economics"ə verdiyi məlumata görə, Bakı və Sumqayıt şəhərlərindəki yarmarkalarda fəaliyyət göstərəcək Qida təhlükəsizliyinə nəzarət məntəqələrində satış üçün gətirilən kənd təsərrüfatı məhsullarının mənşə sənədi yoxlanıldıqdan sonra məhsullara vizual baxış keçiriləcək və ehtiyac yarandığı halda laborator müayinələr aparılacaq.

Onun sözlərinə görə, qaydalara əsasən gün ərzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bütün məhsulların keyfiyyəti nəzarət altında saxlanılacaq və məhsulların keyfiyyətində hər hansı bir çatışmazlıq aşkar olunarsa, həmin məhsulun satışı dərhal dayandırılacaq.

Qeyd edək ki, Agentlik tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan monitorinqlər və təkmilləşmə işləri nəticəsində 39   Qida təhlükəsizliyi nəzarəti məntəqəsi yaradılıb. Hazırda qalan digər laboratoriyaların da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması prosesi həyata keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar