Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətləri ləğv olunur – Dəyişiklik

"Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətlərinin məhdudlaşdırılması, onların səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi nəzərdə tutulur


Bununla bağlı "Baytarlıq haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

Qanun layihəsi bu gün Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Komitə sədri Eldar İbrahimov bildirib ki, fərmanın tələblərindən irəli gələn yeni qanunvericilik sənədinə əsasən baytarlıq nəzarətinin və xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir, Azərbaycanda baytarlıq xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi təsbit olunmaqla, baytarlıq xidmətinin təşkili, hüquqları, vəzifələri və sair ilə bağlı mövcud qanunda nəzərdə tutulan bir sıra maddələr ləğv olunur. Yəni qanun layihəsinə edilən dəyişiklikdə baytarlıq, bitki mühafizəsi və karantin sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olunmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətində qalması, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinin Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur. 

Qanun layihəsində heyvan mənşəli məhsul və xammal anlayışı da əksini tapıb. Bununla bağlı qanuna 1.0.14 və 1.0.15-ci maddələrin əlavə edilməsi təklif olunur. 1.0.14-cü maddədə qeyd edilir ki, heyvan mənşəli məhsullar insan istehlakı üçün yararlı olan ət, süd, yumurta, bal və emal yolu ilə alınan məhsullardır. 1.0.15-ci maddədə bildirilir ki, heyvan mənşəli xammal gön, dəri, yun, tük, qıl, lələk. Sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatlarıdır.  

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar