Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənan Hacı - 40


Bu gün şair-yazıçı Kənan Hacının 40 yaşı tamam olur


Qələm dostları Kənan Hacını təbrik edib, yaradıcılıq uğurları arzulayıblar. 

PİA.AZ kulis-ə istinadən təbrikləri təqdim edir.

Qan Turalı: Kənan Hacını mən on ildi tanıyıram və mən Kənanı tanıyanda Kənan mənim indiki yaşımdaydı. Ötüb-keçən bu on il ərzində Kənan Hacı bəlkə də zahirən dəyişib, yaşa dolub, təfəkkürü genişlənib, mütaliəsi artıb, lakin onun ədəbiyyata sevgisi heç zaman dəyişməyib. Bunlar patetik və yubiley sözləri deyil, lap elə bir il qabaq da eyni şeyi düşünürdüm. Kənanın ədəbiyyat sevgisi dəlicəsinə və çılğın bir sevgidir. Bu bəlkə də həyatda çox az şeyə ümid edən tənha bir adamın sevgisidir, lakin istənilən halda bu sevgi uca və möhtəşəm bir sevgidir.

Kənanın 40 yaşını təbrik edirəm. Arzu edirəm ki, o hər zaman ədəbiyyat qədər sevdiyi insanlarla əhatə olunsun.

Əsəd Cahangir: Bu gün Kənan Hacının ad günüdür. Kənanın məhəbbəti günəş kimidir - ədəbiyyatın təkcə gül-çiçəyi yox, zir-zibilinin də üstünə düşür. Can sağlığı arzulayır, yeni uğurlar arzu edirəm.

Mübariz Məsimoğlu: Kənan ədəbiyyata səssiz-küysüz gəlib. Ancaq ədəbi aləmdə və eləcədə ədəbiyyatın bir çox növlərində öz mövqelərini anbaan gücləndirib. Oxuyur, öyrənir qələmini və ədəbi zövqünü cilalayır. O, şair kimi də, nasir kimi də, ədəbiyyatşünas kimidə, publisist kimi də maraqlıdır. Qənaətimcə 40 yaşdan sonra adamın içərisi üzünə çıxır. Bundan sonra Kənanla daha da durulmuş bir sifətdə qarşılaşacağıma əminəm. Kənanın bu yaşının da ayağı mübarək olsun.

Şərif Ağayar: Kənan Hacı bizim nəslin dəyərli qələm adamlarından biridir. Şeirləri də, nəsri də, publisistik yazıları da maraqlıdır. O, mətn yarada bilən, oxucunu içinin havasına kökləməyi bacaran tək-tük yazarlardandır. 40 yaş müdriklik yaşı kimi götürülür. Əslində, bundan sonra çətinliklər başlayır. Çünki yazındakı naşılıqları, çatışmazlıqları sənə güzəştə getmirlər artıq. Bir dəfə də yazmışdım, adam 40 yaşda ədəbiyyata təzədən gəlir. Bu elə bir mərhələdir ki, həm həyatda, həm sənətdə özünü təsdiq prosesi tamamlanır. Müşahidə etsəniz, bizik bir çox istedadlı yazarlarımız məhz bu mərhələni aşıb sənətdə davam gətirə bilmirlər. Ağırdır. Çox ağırdır. Həm intellektuallığı artırmaq, zəhmət üçün səbir və əzm göstərmək, həm də sosial çətinliklərə dözmək... Çox güzəştə getməlisən. Hətta fədakar olmalısan. Kənan bu riskə gedib, özünü söz uğrunda fəda edir. Arzum budur ki, Tanrı onu bu ağır sınaqdan üzüağ çıxarsın! 

Səxavət Sahil: Bu gün müasir Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, yazıçı və şair, peşəkar dost, səmimi sənətkar, qardaşımız, ürək dostumuz Kanan Hacının ad günüdür - 40 yaşı tamam olur. Kənan mənim əziz dostumdur, heç nəyə baxmayaraq onun xətrini çox istəyirəm və qədrini bilirəm. Ona görə ki, Kənan təmənnasız adamdır. Kənan dünya malında gözü olmayan adamdır. Əziz dost bayramın mübarək. 40 artıq ciddi məsələdir, xalq səndən romanlar gözləyir. Təbriklər, kef elə.

Mirmehdi Ağaoğlu: Kanan Hacı abimin 40 yaşı tamam olur. Kənan istedadı, qələmi, bacarığı ilə ədəbiyyatımızda özünəməxsus yer tutan adamdır. Biz dostlar onu yaxşı tanıyırıq. Bilirik necə səhlənkar, yeri gələndə tənbəl, həyata laqeyd adam olduğunu. Amma biz onun ədəbiyyata sevgisini də görürük. Dəfələrlə onun ədəbiyyat ilahəsinə təmənnasız sevgisinin şahidi olmuşam. Kənan ac qalmağa razı olub cibindəki son manatını da yolda qarşısına çıxan kitaba xərcləyən adamlardandır.

Belə adamdır Kənan abim. Ədəbiyyatı belə sevir, O. Ədəbiyyat da onun bu sevgisinə laqeyd qalmayacaq, əlbət. Abim ədəbiyyatımızda öz layiqli yerini tutacaq. MÜTLƏQ!!!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar