Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov partlayış baş verən ərazidə - Foto


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin cərəyan transformatorunda baş vermiş qəza ilə bağlı Mingəçevir şəhərində olub


Nazirlikdən verilən məlumata görə, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-ü və 4-də Mingəçevir şəhərində səfərdə olub. 

K.Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub, aparılan təmir-bərpa işlərini yaxından izləyib. Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulayıb. K.Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.

İyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.

pia.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar