Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlıda vətəndaşları qəbul edib
Nazir Saatlı rayonuna helikopter ilə gəlib.
Görüş saat 16:00-da başlayıb. Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında baş tutan qəbulda Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edirlər.
Qəbul zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb.
pia.az