Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu evləndi


2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov evlənib


Bu barədə Kürdoğlu Əsgərov öz Facebook səhifəsində yazıb:

“Subaylığa əlvida. Söz vermişdim ki, atam gələndə toy edəcəm. Ancaq atamdan 8 aydır məktub gəlməməsi məni çox narahat edir və qərara gəldim ki, gələn dəfə atama məktubumda qeyd edim ki, evləndim. O birisini, bu birisini bilmirəm. Mən nəinki toyu dədə-baba adəti ilə, adi bir qazan asılmasına da icazə vermədim.

Mən Dilqəmin oğluyam. Allahın köməkliyi ilə toy da, bayram da atam azad olunub gələndə olacaq”.

Xatırladaq ki, işğal altındakı Dağlıq Qarabağda öz yaxınlarının qəbrini ziyarət edən zaman Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən girov götürülüblər. Xankəndində keçirilən “qondarma məhkəmə” Dilqəm Əsgərovu ömürlük azadlıqdan məhrum edib, Şahbaz Quliyevə isə 22 il cəza kəsib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar