Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcər girovları ilə bağlı cinayət işi açıldı



Zakir Qaralov istintaqı xüsusi nəzarətə götürüb


Azərbaycanın baş prokuroru erməni girovluğunda olan şəxslərlə bağlı cinayət işinin istintaqını xüsusi nəzarətinə götürüb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisində olarkən, münaqişə tərəfinin silahlı qüvvələrinin tərkibinə daxil olmayan və bilavasitə döyüş əməliyyatında iştirak etməyən mülki şəxslər olmalarına baxmayaraq, işğalçı dövlətin hərbiçiləri tərəfindən əsir götürülərək onlara işgəncələr verilməsi, beynəlxalq hüquq normalarına qəsdən zidd olaraq həbs edilib prosessual hüquqlardan məhrum edilməklə Həsən Həsənovun odlu silahla qəsdən öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərovun barəsində isə heç bir dövlət tərəfindən tanınmayan, qondarma “Dağlıq Qarabağ Respublikası” adından saxta ittihamlar irəli sürülərək hökm çıxarılması faktları üzrə Kəlbəcər Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 115.2 (Müharibə qanunlarını və adətlərini pozma), 115.4, 116.0 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və 116.0.18-ci maddələri ilə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Cinayət işinin istintaqı baş prokuror Zakir Qaralovun xüsusi nəzarətinə götürülüb.(oxu.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar