Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcər girovları ilə bağlı Putinə müraciət edildi


Azərbaycanın Rus İcması bu ilin iyul ayında Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovla Şahbaz Quliyevin bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb


İcma Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun erməni girovluğundan azad olunması xahişi ilə Rusiya dövlət başçısı Vladimir Putinə məktub yollayıb. 

Modern.az saytının əldə etdiyi məlumata görə, Dilqəm Əsgərovla yanaşı, Şahbaz Quliyevin də girovluqdan buraxılması müraciətdə öz əksini tapıb. 

Azərbaycanın Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Modern.az saytına məlumatı təsdiqləyib. Onun sözlərinə görə bu yaxınlarda Kəlbəcər girovlarının rəsmi Moskvanın təşəbbüsü ilə azad edilməsi üçün Azərbaycan Rus İcması Rusiya prezidentinə məktubla müraciət edib. Mixail Zabelin bildirib ki, hələlik müraciətə cavab verilməyib. 

Deputat qeyd edib ki, yaxın zamanlarda müraciətə cavab verilməsi gözlənilir. 

Qeyd edək ki, bu ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Onlarla birlikdə Kəlbəcərə gedən Cəbrayıl sakini Həsən Həsənovu isə Ermənistan silahlıları öldürüb. Ermənistan tərəfinin yaydığı məlumata görə Həsən Həsənov Dağlıq Qarabağda basdırılıb. Hazırda onun Azərbaycana təhvil verilməsi istiqamətində işlər gedir. 

Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində isə Dağlıq Qarabağdakı separatçı, quldur rejim qondarma maddələrlə cinayət işi açıb. 

Onların işi Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə verilib. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar