Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcər əsirlərinin yeni videokadrları yayıldı

Bu gün növbəti dəfə xalis erməni həyasızlığının şahidi olduq


Azərbaycanın işğal altındakı ərazilərində yaradılan qondarma cinayətkar rejim Kəlbəcərə öz doğma kəndini, yaxınlarının məzarlarını ziyarətə gedərkən əsir götürülən məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı çoxsaylı qondarma ittihamlar irəli sürüldüyünü elan etdi.

Görünür, bu da taleyin ironiyasıdır ki, Dilqəmlə Şahbazın vətənlərini, ata-baba yurdlarını işğal edən, bütün mahiyyəti qəddar cinayətlərdən, terrordan ibarət olan ermənilər onları “casusluq”, “dövlət sərhədini keçmə” kimi müxtəlif cinayət ittihamları ilə mühakimə etməyə çalışırlar. Hansı ki, Dilqəmlə Şahbazın hazırda sağ olub-olmadığı belə məlum deyil.

Virtualaz.org saytı xəbər verir ki, bu gün sosial şəbəkələrdə işğal altındakı Kəlbəcərin və onun didərgin düşmüş sakinləri Şahbazla Dilqəmin faciəsini əks etdirən daha bir videorolik yayıldı. Bu videorolik ölümü göz altına alaraq 1998-ci ildən bu yana hər il öz kəndini, yaxınlarının məzarlarını, Kəlbəcər torpaqlarını ziyarətə gedən Dilqəm Əsgərovla Şahbaz Quliyev tərəfindən 2009-cu ildə çəkilib.

Bir neçə dəqiqəlik videokadrlarda Dilqəm Kəlbəcərin ən yüksək zirvələrindən birində ürək yanğısı ilə doğulduğu Şaplar kəndindən, Kəlbəcər torpaqlarının onun üçün Məkkə və Mədinə qədər müqəddəs olmasından bəhs edir. Dilqəm danışır ki, bir dəfə Bakıda çayxanaların birində adını çəkmədiyi ziyalı ona “cavan adamsan, nədən gedib Məkkəni, Mədinəni, digər müqəddəs yerləri ziyarət etmirsən, Kəlbəcərə gedirsən” deyib.

“Mən ona cavab verdim ki, savadlı adamsan, səhər oturursan təyyarəyə, uzaqbaşı axşam İrana çatarsan. Mən isə artıq iki ildir ki, Rusiyanın ucqarından, tayqadan gəlib  16 gün ac-susuz, bir tərəfdə erməni, o biri tərəfdə Azərbaycanın qoruduğu ərazilərdən keçərək öz müqəddəs yurdum Kəlbəcərə ziyarətə gedirəm. Məndən ötrü Kəlbəcər, Şaplar kəndi ikinci Məkkədir, Mədinədir” - deyə  doğma yurdunu seyr edərək qəhərdən boğulan Dilqəm danışır.

Kadrlarda Dilqəm əli ilə aralıda Kəlbəcərin xarabalığa çevrilmiş rayon mərkəzini göstərir. Deyir ki, bu gecə yollarını rayon mərkəzindən salacaqlar, çünki ərzaqları tükənib. Oradan isə Azərbaycanın nəzarətində olan ərazilərə doğru yol olacaqlar.

“Əlvida, Kəlbəcər, əlvida, Şaplar, bir də sizinlə görüşümüz inşallah gələn ilə qaldı. Əgər Azərbaycanda məni tutmasalar, həbs olunmasam, gələn il bir də görüşünüzə gələcəyəm” - deyə kəlbəcərli köçkün bildirir.

Kadrlardan bəlli olur ki, işğal altındakı yurduna ziyarətə gedən bu cəsur insanın silahı adi ov tüfəngindən ibarətdir. Üstəlik onun Kəlbəcərə keçməsindən Azərbaycan tərəfi xəbərdar deyil. Dilqəm ehtiyat edir ki, geri qayıdanda onu “Kəlbəcərə keçib partizanlıq etdiyi üçün” tutacaqlar.

Ölümü gözünün qabağına alaraq və ov tüfəngindən başqa silahı olmayan bu insan işğal altındakı yurduna ziyarətə getdiyi üçün geri qayıdanda cinayətkar kimi həbs oluna biləcəyini də nəzərə alır. Bu da ikiqat ironiya, ikiqat faciədir.

Bu kadrlar bir daha sübut edir ki, qondarma, başdan ayağa cinayətkar və terrorçu mahiyyətə malik erməni rejiminin təqdim etdiyi kimi, Dilqəmlə Şahbaz “təpədən-dırnağa silahlanmış diversantlar” deyil, üstəlik Azərbaycan hərbiyyəsinin hansısa məxfi missiyasını yerinə yetirmək üçün kəşfiyyata göndərilməyibllər.

Onlar sadəcə olaraq doğulduğu torpaqların, indi erməni tapdağı altında olan Kəlbəcərin həsrətinə dözməyib öz yurdunu ziyarətə gedən cəsur insanlardır. Bu insanların “cinayəti” 20 ildir işğal altında olan doğma yurdlarının həsrətinə başqaları kimi dözə bilməməkdir. İndi isə 21 il əvvəl Dilqəmlə Şahbazın yurdunu işğal edən ermənilər onların azadlıqlarını, ola bilsin həyatlarını da əlindən aldı.

Bu gün Dilqəmlə Şahbazın nümunəsində növbəti Kəlbəcər faciəsi yaşanmaqdadır. Kəlbəcərin, Şaplar kəndinin, Dilqəmlə Şahbazın qisasını necə almalı?!(virtualaz.org)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar