Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcər əsirindən ikinci məktub - Foto


Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə əsir götürdüyü Şahbaz Quliyevdən ikinci məktub da gəlib


 İkinci məktubun da məzmunu birincidən fərqlənmir. 

Məlumata görə, məktubu bu gün saat 12:00 radələrində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisinin əməkdaşları girovun bacısı İlhamə Quliyevaya verib. İki cümlədən ibarət olan məktubun ikinci sətirindəki yazının qələmlə qaralanması isə Şahbaz Quliyevin yaxınlarını narahat edir. 
Onların fikrincə, Şahbaz məktubu təsir altında yazır və vəziyyəti heç də yazdığı kimi yaxşı deyil.

Əsirin bacısı İlhamə Quliyeva deyib: "Xahiş edirik, Şahbazın şəkillərini yollasınlar. Vəziyyətini özümüz gözümüzlə görək. Biz də yazdıq ki, bizdən nigaran olma, qızının vəziyyəti yaxşıdır. Anamızın bu işdən xəbəri yoxdur, ona bildirməmişik".

İlhamə Quliyeva

İlhamə Quliyevanın sözlərinə görə, BQXK-nin Bərdə ofisindən Şahbaz Quliyev haqqında əlavə məlumat verilməyib. Komitədən onu da bildiriblər ki, tezlikə girovlarla yenidən görüşüləcək və o zaman da əlavə məlumat veriləcək. 

Şahbaz Quliyevlə birgə əsir götürülmuş Dilqəm Əsgərovun yaxınlarına gələn məktubu da dünən ailə üzvləri BQXK-nin Bərdə ofisindən alıb (ANS).

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar