Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kədərin aydınlığı


Bir şair dostum var, əslən vedibasarlıdır. Təzə yazmağa başlayıb. Ən böyük dərdi təxəllüs məsələsidir. İstəyir, təxəllüs kimi atasının adını götürsün. Məsələn, Əhməd Sabiroğlu. Deyir, atası həm də ilk sinif müəllimi olub: “Şeirlərimi əzbərliyirdi. Toyda-nişanda şeirlərimdən misralar deyirdi. İlk kitabımın çapını görmədi. İstəyirəm, imzamda atamın adını yaşadım”


Nə isə, günlərin bir günü başqa  vedibasarlı şairlərlə toplaşdıq şair dostumuzun təxəllüs məsələsini müzakirə eləməyə. Məkan da oldu Çanaqqala.  Stolun üstü lazım olan səviyyədə düzəldi, ilk badələr süzüldü.  Yeni təxəllüsün sağlığına  iki dəfə içəndən sonra  qəflətən  təxəllüs  barədə fikir ayrılığı yarandı. Vedivasar şairləri təkidlə dedilər ki, şair Əhmədin təxəllüsü Sabiroğlu yox, gərək vedibasarlı olsun. Əhməd  dedi ki, Vedibasar onun ürəyi, şah damarıdır, amma  istəyir,  Sabiroğlu olsun.
 
Qarşı tərəf  əlini stolun üstünə nətər vurdusa, badənin ikisi dolu vəziyyətdə  stoldan düşdü. Əhməd dostum acıq eləyib  məclisdən getdi. Biz gecə saat 11 kimi  Əhmədin təxəllüsünü müzakirə elədik, amma yekdil qərara gələ bilmədik. Gecə saat 3-də şair dostum Əhməd mənə telefon açdı ki,  müəllim, mənim təxəllüs məsələmin axırı nə oldu. Dedim  ki, hələ yekdil bir  qərar yoxdur, biz  yenə bu məsələ ilə bağlı Çanaqqalaya toplaşmalıyıq, yenə həmin otağa, həmin heyətlə.
 
Dostlarla  vədələşdik ki, növbəti görüşə daha geniş tərkibdə yığılaq. Hətta kömək üçün Qarabağ şairlərini  də dəvət edək. Belə də oldu.   Ömürlük prezident təqaüdü arzusunda olan qarabağlı  şair dostumuz çox orjinal  bir təklif  irəli sürdü. Dedi, eşidib ki, biz düz 5 dəfə  təxəllüs məsələsi ilə bağlı Çanaqqalaya toplaşmışıq. Vedibasar da bizimdi,   Çanaqqala da. Elə  şairimizin adı olsun Əhməd Çanaqqala. Hamı sevindi, badələr süzüldü, sağlıqlar deyildi.
 
3-4 aydan sonra  Əhməd Çanaqqalanın yeni şeirlər kitabı çıxdı, adı da “Çörəyimin duzu yoxdur”. Bir az güldük, bir az da kədərləndik. Kitaba nə üçün belə ad qoyduğunu hərə bir yerə yozdu. Biri dedi ki, kişinin  çox qonaqlığını yemişik, amma  şeirləri haqqında mətbuatda söz deməmişik.
 
Ürəyimə damdı ki, Əhməd Çanaqqalanın  ən pis dostlarından biri mənəm. Hələ şairimizin bir dənə  şeirini işlədiyim jurnalda çap etməmişəm. Səbəb də budur ki, şeirlər şeir deyil, hamısı söz yığınıdır.  Misralardan lülə iyi gəlir. Hər gün qonaqlıq verir. Yeyib içə-içə  şairimizi tərifləyirik. Mətbuata gələndə susuruq. Fikirləşirəm ki, adam deyilik.
 
Əhməd dostum günlərin bir günü  mənə nə desə yaxşıdır:
- Müəllim, başdaşıma bir şeir yazmışam. Onu çap elə.
Əhməd məni yaman yerdən vurur. O, məni kövrəltmək istəyir. Deyir, bəlkə  bu
“ölüm” məsələsi ilə qəlbimi ələ ala. Əhmədin bu cəhdinə elə kövrəlirəm ki, az qala boynundan qucaqlayıb ağlayam. Ancaq yenə  əlimdən bir iş gəlmir.
 
6 aydan sonra Əhməd dostum  dünyasını dəyişdi. İndiyə kimi  mətbuatda nə şeiri çıxmışdı, nə şəkli. Tək bir kitabı çap olunmuşdu. Oğlu yanıma gəldi ki, atamın ölümü haqqında bir yazı yaz, ver mətbuata, özü də şəkli də çıxsın.  Bunu anam istəyir. Özümə nifrət elədim ki, niyə  indiyə kimi Əhmədin bir şeirini çap etməmişəm. Nə isə, Əhmədin nekroloqu qəzetdə çıxdı. Oğlu sevinirdi və deyirdi ki,  anam 30 qəzet aldırıb. Elə sevinir ki, atamın şəklinin qəzetdə çıxmağına.
 
Kədərləndim, bir az da hirsləndim, öz-özümə dedim ki, məndən pis adam yoxmuş.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar