Keçmiş “Fənərbaxça”lı futbolçu Raul Meyreleş karyerasını bitirib
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 33 yaşında yaşıl meydanlarla vidalaşmaq qərarına gəlib.
Karyerası ərzində “Boavişta”, “Portu”, “Liverpul”, “Çelsi” və “Fənərbaxça” kimi klubların şərəfini qorumuş Portuqaliya millisinin sabiq üzvü mövsümün sonunda azad agentə çevrilmişdi.
Son vaxtlar onun İtaliyanın “Kalyari” klubuna keçəcəyi deyilsə də, futbolçu karyerasını bitirmək qərarına gəlib.
pia.az