Xəbər xətti

25 İYUL

0:58 Akif Nağı: “Mənə Alim Qasımovdan sual vermə”

0:44 Terrorçular bank kartı ilə maaş alacaq

0:38 Ətin xarab olduğunu göstərən əlamətlər

0:26 ““Qarabağ” çox güclü komandadır”

0:12 Suriyada atəşkəs elan edilən bölgələrin sayı artır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

24 İYUL

23:55 Ağdamda 7 yaşlı uşağı it dişləyib

23:48 “Azərbaycan yük daşınmaları sahəsində mühüm ölkədir”

23:32 Sabiq bankir axtarışa verildi

23:24 Eks-mer ABŞ-ın baş prokuroru ola bilər

23:16 “Onlara şahzadə Diananın kim olduğunu mən öyrədirəm”

23:04 Rusiyada şaxtada parlayış baş verib

22:58 Nazir: “Bu layihələrin uğurlu nəticəsini görəcəyik”

22:42 Kosmik hotel layihəsi təqdim olunub

22:38 Ötən gün 74 cinayət faktı qeydə alınıb

22:24 Xaçmazda 8 yaşlı uşağı maşın vurdu

22:11 Şura daha 9 QHT-yə maliyyə ayırdı

22:06 İŞİD-in hərbi naziri öldürüldü

21:59 Yardımlıda yeni tarixi abidələr aşkarlanıb

21:46 Ən bahalı və ən ucuz ixtisaslar – Siyahı

21:33 İraq Rusiyadan kömək istədi

21:27 Avropa çempionatının biletləri satışa çıxarıldı

21:13 Füzulidə mina tapılıb

21:09 Bərdə sakini arvadını öldürüb intihar etdi

20:56 Bakıda 4-cü kurs tələbəsi həlak olub

20:42 Nəzir qutularında şəffaflığı necə təmin edək?

20:38 Yaqub Zurufçu: “Ququş hər zaman özünü fars adlandırıb”

20:26 Sabahın məzənnəsi

20:13 Şimali Koreya pivə festivalının keçirilməsini dayandırıb

20:01 Rau: “Türkiyə xalqının işinə qarışmaq lazım deyil”

19:56 Yanacaqdoldurma məntəqələri yeni ödəniş sisteminə keçir

19:51 Səyyar “ASAN” xidmət Siyəzəndə vətəndaşlara xidmət göstərəcək

19:47 Azərbaycan tennisçisi Avropa çempionu adını qazandı

19:42 Bakıda marşrut avtobusu qəza törədib

19:37 Üç Türkiyə vətəndaşı Azərbaycanı beynəlxalq məhkəməyə verib

19:34 “İlham Əliyev Putinlə görüşdə mövqeyini prinsipial şəkildə ortaya qoyub”

19:30 Məmmədyarov Macarıstan parlamentinin rəsmi şəxsləri ilə görüşüb

19:26 “Azərbaycan bayrağına toxunanın ciyərini sökərəm”

19:23 Sumqayıtda gəlin 3 uşağını atıb Türkiyəyə qaçdı

19:19 “Yeni sanksiyalar “Şimal axını 2” layihəsinə zərər vura bilər”

19:15 Azərbaycanlılar Türkiyədə 333 daşınmaz əmlak alıb

19:11 Partlayışda ölənlərin sayı 28 nəfərə çatdı

19:06 Azercell pulsuz “Coding Kids - Summer IT School layihəsinə başlanılıb

19:03 700 bal toplayan qız: “Xaricdə oxumaq istəyirəm”

18:59 Rekordçu abituriyent: “Müəllim yanına getməmişəm”

18:55 “Qarabağ”a ağır itki

18:51 “Adi kətan da geyinsəm, Elzalığım bilinəcək”

18:46 Avtomobillərdən oğurluq edən dəstə üzvləri saxlanılıdı

18:41 Məzara telefon zəngi

18:37 XİN-dən Nalbəndyanın Qarabağ səfəri ilə bağlı açıqlama

18:33 Azərbaycanlı idmançı qəzada öldü

18:28 İran denominasiyaya hazırlaşır

18:24 “Evdə tək” filminin məşhur aktyoru vəfat etdi

18:20 “YouTube” bu funksiyanı dayandıracaq

18:16 DİN-dən vətəndaşlara müraciət

18:11 Zirə-Türkan yolunun tikintisinə pul ayrılıb

18:07 I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlandı

18:03 Avtoqəzada ölən baş zabitin qardaşı danışdı

18:00 Tovuzda ağır qəza: Ana ölüb, 3 övladı xəsarət alıb

17:54 Qərb dəyərlərinin ərsəyə gətirdiyi Avropa liderləri: Sonsuzlar, homoseksuallar, transvestitlər

17:48 Sabahdan müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

17:41 Suriya müstəvisində iki üçlük: “Cihadçı” şimali qafqazlıların yerini putinçilər tutur

17:35 “Samsung” simsiz qulaqcıqlarını təqdim edəcək

17:29 “Moskva-Bakı münasibətlərinin inkişafı Rusiyada müəyyən bir qüvvənin ürəyincə deyil”

17:25 Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı

17:21 Rusiya ordusu neft kəmərimizi nəzarətinə keçirdi

17:19 Ərdoğan Qətərə getdi

17:13 Azərbaycan vətəndaşları bu il Türkiyədə 333 ədəd daşınmaz əmlak alıb

17:08 Londona uçan sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərib

17:03 Azərbaycanlı idmançı iki erməniyə qalib gəldi

16:56 Polşada etirazlar nəticə verdi – Məhkəmə islahatı təxirə salınır

16:50 Dubayda dənizin ortasında 134 metrlik qüllə tikiləcək

16:43 Maşallah Əhmədovun cəzası azaldıldı

16:37 Əli Mirəliyev də aparıcılıq edəcək

16:32 Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikdən əziyyət çəkirmiş - Rəsmi

16:20 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb

16:13 Həsən Ruhani İlham Əliyevi inauqurasiya mərasiminə dəvət etdi

16:06 Dağlıq Qarabağ problemi Rusiya üçün də problemə çevrilir?

16:00 Rusiyada kiçik ölçülü qablaşdırmada spirtli içkilərin satışı qadağan ediləcək

15:59 Mətbuat Şurası Azərbaycan prezidentinə məktub ünvanlayıb

15:53 Yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək

15:53 İsrail Türkiyədəki diplomatik təmsilçiliklərini bağladı

15:46 Ağstafadan olan iki qardaş Bakıda dənizdə boğuldu

15:41 Emin Ağalarov ABŞ-da satışa çıxardığı əmlak barədə

15:36 “Azərbaycan” qəzeti dənizi hasarlayan və çimərlikləri pullu edənləri “topa tutdu”

15:31 Vəkil: “Lapşinin ekstradisiyası hələlik mümkün deyil”

15:26 Azərbaycanda ölənlərin 15.5%-ni 25 yaşadək insanlar təşkil edir

15:20 Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb

15:16 Kərəm Həsənov hesabat verdi

15:11 “Ölüm” sözünün türk şüurundakı gizli kodu

15:06 “Ən yaxşı dost Azərbaycandır, Amerika təhlükədir!”

15:01 Toydan əvvəl bir yerdə olmaq

14:56 “Hardansa bir dələduzu tapıb,SOCAR-a işə düzəlmək…” - Vitse-prezident

14:51 “Onlara veriləcək ev yox idi…” – Əli Həsənov

14:45 Arzular hara aparır

14:40 8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – Təfərrüat

14:35 Real iqtisadi vəziyyət və statistika: Şişirdilmiş rəqəmlər bizi hara sürükləyir?

14:32 Ərdoğan müsəlmanlara səsləndi: “Qardaş davasının qalibi olmur”

14:26 Sevən kişinin xəyanəti

14:20 “O evə qayıtmayacam” - Oğlu ilə itkin düşən Xanım

14:14 Akif Çovdarovun məhkəməsində sənədlərin tədqiqinə başlanılıb

14:08 Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb

13:41 OPEC bu il ABŞ-ın neft hasilatçıları danışıqlara başlaya bilər

13:36 Rusiya, İran, Qazaxıstan hərbi gəmiləri Bakıya gəlib

13:31 Xalq artisti ölkəni həmişəlik tərk edib

13:25 KƏŞ-in unikal üzvü: ABŞ ona yenə də vasitəçilik təklif edir?

13:20 Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirildi

13:16 Ayazla Səbinə arasında mahnı qalmaqalı

13:10 Xaçmazda maşın yoldan çıxaraq aşdı: Yaralılar var

13:05 Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb

13:01 İran milli valyutasının adı dəyişib

12:56 Faiq Əmirliyə hökm oxunub

12:51 Külək davam edəcək

12:46 Sabiq deputat Dünyamin Xəlilova hökm oxunub

12:41 Keysəriyyə kəsiyi əməliyyatı edilənlərlə bağlı xəbər

12:36 ABŞ üçün ən böyük təhdid Rusiyadır - General

12:31 Beş nəfərlik azərbaycanlı ailəsi yanaraq öldü – Rusiyada

12:26 Böyük Britaniyada dronların məcburi qeydiyyatına başlandı

12:21 Alişandan qeyri-adi toy qərarı

12:16 Sabiq deputat Dünyamin Xəlilov məhkəmədən bəraət istəyib


MÜSAHİBƏ

...

Keçmiş səfir: “Füzuliçilik bizi boğaza yığıb”

Tarix 17.07.17, 11:03

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.azın “İşdən kənar” layihəsinin budəfəki qonağı ictimai xadim, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadədir


Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılacaq.    
 
- Hikmət bəy, mütaliənizdən başlayaq. Necə oxuyursunuz?
 
- Gün ərzində bir saat mütləq oxuyuram. Daha çox internetdən. Son vaxtlar kitablar bahadır deyə çalışıram internetdən pdf variantda tapım.
 
- Kitab seçiminiz necədir?
 
- Mən əsasən ictimai-siyasi sahəyə aid kitabları oxuyuram. Və əlbəttə ki, bədii ədəbiyyat. Bədii ədəbiyyatda isə o kitabları oxuyuram ki, orda sosial məsələlər qaldırılıb. Məni daha çox sosial məsələlərin işıqlandırılması maraqlandırır. Məhəbbət-filan yaxşı şeydi, amma nə qədər eşq-məhəbbət oxumaq olar? (gülür) İctimai problemləri qaldıran əsərləri oxuyuram. Qeyd etmək istəyirəm ki, müasir zamanda fiksiya olunmuş, yəni müəllif tərəfindən uydurulmuş əsərlər o qədər də populyar deyil. Gündəliklər, şəxsi xatirələr daha çox sevilir. Filmlərə baxsaq, adətən belə bir şey yazıldığını görərik: true story. Yəni həqiqi əhvalat. Olmuş hadisədən ilhamlanıb yaranmış məhsul. Mən daha çox bu cür əsərləri oxuyuram. Çünki həyat insan beynindən, insan təxəyyülündən çox zəngindir. Daha zəngin süjetdir. Belə... Mənim həyat yoldaşım çox oxuyandır. Ən çox o oxuyur evimizdə. Kim müasir dövrün yaxşı əsərlərini oxumaq istəyirsə, mən ona “İnostrannaya literatura” jurnalına abunə olmağı məsləhət görərdim. Düzdü, rus dilindədir, ancaq çox sanballı mənbədir.
 
- Siz hələ də abunəsiniz?
 
- Həyat yoldaşım abunədir. Jurnalı oxuyur, sonra da mənə məsləhət görür.
 
- Tarixi romanlara münasibətiniz necədir?
 
- Tarixi ədəbiyyatı sevirəm. Ancaq indi tarixi əsər yazan görmürəm. Tarixi əsərlər XX əsrin əvvəli, XIX əsrin sonlarında çox populyar idi. Və o əsərlər çox zaman həqiqətə uyğun gəlmirdi. Uydurulmuş və şişirdilmiş olurdu. Yeri gəlmişkən deyim ki, mən bu tip əsərləri də oxuyuram. İndi isə sənədli prozaya keçid olunub. Kimsə tədqiqat aparır, sonra isə o tədqiqatın əsasında tarixi roman yazır. O da “true story” olur, yəni olmuş əhvalat. Qabaqlar Feytxvanger vardı, Volter Skott vardı, onlar tarixi romanlar yazırdılar. Ancaq onu da deyim ki, onlar heç də düzgün təsvir etmirdilər, doğruları yazmırdılar. Biz yeni tədqiqatları oxuyanda görürük ki, vəziyyət elə deyilmiş.
 
- Ancaq qəbul edərsiniz ki, tarixi romanlarda yazıçının öz təxəyyülü də işləyir. Yəni bu tarixdə olmaya da bilər. Bu yazıçının öz yaratdığı tarixdir...
 
- Özü tarixi həqiqəti təhrif edə bilər. Ancaq o artıq tarixi roman deyil. Axı bildiyiniz kimi, oxumağın iki funksiyası var. Birincisi, oxuduğundan ləzzət alırsan. İkincisi, nəyisə öyrənirsən.
 
- İnformasiya alırsan...
 
- Bəli. Müəllifin fiksiyasından, təxəyyülündən heç nə öyrənmək olmur. Ancaq tədqiqat eləyərsə, bu başqa...
 
- Belə başa düşdüm ki, sizin üçün bədii əsərin estetik tərəfi önəmli deyil...
 
- Daha çox informatik tərəfinə diqqət edirəm.
 
- Niyə?
 
- Çünki estetik tərəf elədi ki, indi hamı gözəl yaza bilir. Hamı estetikanı da, texnikanı da yaxşı qavrayıb. Hamının qələmi gözəldir. Xüsusən bu postmodern dövrü götürək. Fikir verin, postmodernist yazıçı müxtəlif üslublarla işləyir, ironiya qatır əsərinə, dilin imkanlarından istifadə edir. Bir sözlə, hər şeyi bacarır. Gəlin, musiqi ilə fikrimi daha yaxşı izah edim. Mənim vaxtımda gitarsit var idi, deyirdilər, bu, ən yaxşı gitaristi, ən qəliz musiqiləri ifa edə bilir. Yaxud, filankəs yaxşı baraban çalandır, ondan yaxşısı yoxdur. İndi hamı yaxşı ifa edir, hər şeyi yaxşı bacarır. Artıq ifaçıdan da, eləcə də yazıçıdan da başqa şeylər tələb olunur. İdeya tələb olunur, xüsusi yanaşma tələb olunur. Vəziyyət o yerə çatıb ki, texnika hər kəsə çatandır və hər kəsə məxsusdur. Kimi oxuyursan, gözəl qurğu qurub, təsvirlər yaradıb. Ancaq gərək əmək də olsun orda, tədqiqat da olsun.
 
- Hikmət bəy, uzun illər Rusiyada səfir işləmisiniz. Yəqin ki, rus ədəbiyyatına da bələdsiniz.
 
- Bəli, bələdəm.
 
- Daha çox kimi sevirsiniz rus ədəbiyyatından?
 
- Rus klassikasını desək əlbəttə ki, Tolstoyu deyərdim. Tolstoyu xüsusi qiymətləndirərdim. Dostoyevskini isə yox.
 
- Niyə?
 
- Əgər mənə demokrat deyirsinizsə, sizə deyim ki, Dostoyevski anti-demokratik yazıçıdır. Amma Tolstoy kişi adamdır (gülür). Tolstoyun “Hacı Murad”, “Kazaklar”, “Dirilmə”, “Hərb və sülh” əsərləri özündə böyük humanizm və demokratiya daşıyır. Həm də bədii imkanlarına görə Tolstoy nəhəng simadır. Mən rus ədəbiyyatının demək olar hamısını oxumuşam. Birincisi, rus məktəbini bitirmişəm. Və orda bizə bunların hamısını məcburən oxutdurublar. Puşkindən, Qoqoldan tutmuş XX əsrə qədər. Sizə deyim, XX əsrdə də rusların gözəl yazıçıları olub. Və onların bir neçəsi bolşeviklərin, kommunistlərin əlindən xaricə qaçıblar.
 
- Nabokov, Bunin...
 
- Elədir. Onları da böyük yazıçılar hesab edirəm. Bir yazıçının da mənim üçün xüsusi yeri var: Platonov. Çox güclü yazıçıdır. Hansı ki, o yeraltına çəkilmişdi. Şəxsiyyət kimi də çox mükəmməl insandır. Müasirlərdən də əlimə düşəni olur, ancaq sizə deyim ki, məni xüsusi cəlb eləyən olub, yalan deyərəm.
 
- Səbəb?
 
- Bayaq dediyim kimi, mən sevdiyim ədəbiyyatın sosial mənası çox olmalıdır. Hansı cəmiyyət sosial cəhətdən çox inkişaf edib onların romanları üstün mərtəbədədir. Rus isə o səviyyədə deyil. Rus ingilisdən, amerikalıdan sosial vəziyyətə görə on dəfə zəifdir. Hələ rus o problemləri yaşamayıb. Ona görə də oxuduqlarının hamısında dünənin havası var. Məsələn, birini açıb oxuyursan, görürsən ki, bu haqda amerikalılar 40 il əvvəl yazıblar. İndi ədəbiyyat kino ilə böyük rəqabətə düşüb. İndi kino sahəsi daha çox inkişaf edir. Mən gənc dostlarımıza məsləhət görərdim ki, kitab oxuya bilmirlərsə, heç olmasa filmlərə baxsınlar. Arada məşhur filmlərin ssenarilərini tapıb oxuyuram.
 
- Rus filmlərinə münasibətiniz necədir?
 
- Rus filmini yüksək səviyyəli hesab etmirəm. Zvyagintsev bir az çalışır...
 
- Tarkovski necə?
 
- Hə, Tarkovski böyükdür. Ancaq o qabaqlar idi. Mən müasir dövrdən danışıram.
 
- Zvyagintsevi bəyənmədiniz?
 
- Bəyənmədim.
 
- Səbəb maraqlıdır...
 
- Onun gücü o qədər deyil. Zvyagintsev 4/1 film çəkir. Amerikalı onun çəkdiyi filmin dörd hissəsini çəkərdi, o isə bir hissə ilə kifayətlənir.
 
- Masştabı geniş deyil?
 
- Ay malades! Masştabı geniş deyil. Onun “Qayıdış” filminə baxmağa başlamışdım. Elə təzəcə həvəslənirdim ki, film qurtardı. Yəni yarımçıqdır. Bu yarımçıqlıq gücsüzlükdəndir. Onun rejissor kimi gücü olsaydı həmən filmə üç hissə də əlavə edərdi. Məsələn, onun korrupsiya haqqında çəkdiyi “Leviafan” filminə baxdım. Rus səviyyəsi üçün yaxşı filmdir. Amma siz eyni mövzuda Amerika filminə baxsanız, görərsiniz ki, “Leviafan” o filmin ancaq dörddə biri idi.
 
- Belə başa düşdüm ki, Qərb mədəniyyətini daha çox sevirsiniz...
 
- Amerika, ingilis, Avropa - sevirəm bu mədəniyyəti. Nəyə görə? Çünki onlar sosial cəhətdən, humanitar cəhətdən bizdən təxminən 30 il qabaqdadırlar. Onları oxuyanda sənə elə gəlir ki, Azərbaycan haqda fantastika oxuyursan. Düşünürsən ki, neçə ildən sonra bizdə də bu problemlər olacaq. Qərb mədəniyyətindən çox şey öyrənmək mümkündür. Onlar o problemləri yaşayır, onların həlli yollarını axtarır, o axtarış bədii əsərlərdə göstərilir, sonra da tapılır.
 
- Hansı yazıçıları daha çox bəyənirsiniz?
 
- Hamısını oxuyuram. Məsələn, Con Apdaykı sevirəm. Şübhəsiz, Folknerin də burda adı çəkilməlidir. Müasir zamanda qalın roman yazan adam azdır. Çoxu ssenariyə keçib. Kino sənətindən pul qazanır. Əlbəttə ki, qalın roman oxumaq indiki zamanda çox çətindir. Mən sizə indi birini göstərəcəm.
 
Kitab rəfinə yaxınlaşır. Ordan haqqında bəhs etdiyi kitabı göstərib deyir: “Bu boyda kitab görmüsən?”  (gülüşmə)
 
- Hikmət bəy, şeirə münasibətiniz necədir?
 
- Çox gözəl. Sevirəm şeiri. Bilirəm ki, indi dünyada poeziya süquta uğramaq üzrədir. Poeziya keçib mahnılara. Mahnıların güclü mətnləri olur. Mən də o mətnləri oxuyuram.
 
- Bizdə sevdiyiniz şairlər kimlərdir?
 
- Ramiz Rövşən, məsələn. Sonra Mirzə Sakit. Xuliqan fason oğlandır, amma mövzularının genişliyi, onun yumoru, sarkazmı xoşuma gəlir.
 
- Sabiri də sevərsiniz...
 
- Əlbəttə. Mən sadəcə müasirlərin adını çəkdim. Sabirdi, Mikayıl Müşfiqdi. Mən bunları sevirəm. Bircə Səməd Vurğundan başqa...
 
- Səməd Vurğunu sevmirsiniz?
 
- Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır. Nə qədər də adam satıb. Camaatın beyninə soxublar onu, indiyə qədər də çıxmır ordan. “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır? Mən bunu başa düşə bilərəm. Onda bu cür axmaq-axmaq şeylər var. Adamların beyninə yeridiblər. Küçə də veriblər adına, böyük heykəl də qoyublar. Ondan qat-qat güclü, səmimi və doğru şairlərimiz əzab-əziyyət içində ölüb. Hüeyn Cavid, Müşfiq... Ancaq indi istəyirəm müasir ədəbiyyatdan danışım. Bizdə qadın poeziyası əmələ gəlib. Onları oxuyuram və sevirəm.
 
- Kimləri?
 
- Nərmin Kamal, Günel Mövlud. Biri də var... Treu.
 
- Hə... Günel Treu...
 
- Ay sağ ol. Belə də... Oxuyuram hamısını... Addım-addım səmimiləşir qadın poeziyası. Daha azad olur. Cəmiyyətimiz azadlığını göstərir. Və mən də buna sevinirəm.
 
- Qadın poeziyası dediniz. Çox vaxt bunu seksist yanaşma hesab edirlər. Siz necə baxırsınız buna? Doğurdan bir bölgü varmı?
 
- Mənə elə gəlir ki, elə şey var. Onlar ictimai statusda bərabərdirlər. Ancaq qadın hissi başqadır, kişi hissi başqa. Qadın ürəyi başqadır. Ümumiyyətlə, kişi ürəyi varmı ki? (gülür) Kişi əsgərdir, ancaq qadın sülhdür. Məsələn, bir yamacda quzu görəndə kişi kababı düşünür, amma qadın bu mənzərəyə baxanda körpə ağlına gəlir. Mən qeyd-şərtsiz bərabərliyin tərəfdarıyam. Ancaq kişi ilə qadını ayıran təbiətdir.
 
- Hikmət bəy, Füzuliyə münasibətiniz necədir?
 
- Füzuli ən gözəl şairdi. Amma ömrü boyu yaradıcılığını məhəbbətə həsr eləyib. Ona görə də bir o qədər xoşum gəlmir (gülür).
 
- Onda Axundova haqq qazandırırsınız. Füzuliyə qarşı çıxmışdı...
 
- Bəli. Axundov çox nəhəng şəxsiyyətdir. Onun fikri ilə də razıyam. Füzuliçilik bizi boğaza yığdı. Axundovun bu fikri vacib idi. Azərbaycanın görkəmli ziyalısıdır Axundov. Hərdən Füzulini muğamda oxuyurlar. Axı üzdəki xal haqqında nə qədər yazmaq olar? (gülür.) O dövrlər Avropada baxın görün nələr vardı. Servantes “Don Kixot”u yazmışdı. Şekspir vardı.
 
- Sizcə, Füzuli Şekpir qədər böyük deyil?
 
- Şekspirin sonetləri var. Ola bilsin ki, o Füzulinin qəzəllərindən geri qalır. Ancaq o sonetlərdə başqa şeylər var. Şeksiprdə Hamlet kimi obraz var. Şekspirdə ideyalar var, humanizm var. Füzulidə isə bunlar yoxdur. Füzuli şair kimi Şekspirdən güclüdür. Amma ümumən götürəndə Şekspir nəhəngdir. “Kral Lir”, “Hamlet” indiyə qədər tamaşalara qoyulur.
 
- Hikmət bəy, Orxan Pamuk, Salman Rüşdi, Xalid Hüseynini oxuyursunuz? Necədi onlara münasibətiniz?
 
- Onlara münasibətim müsbətdir. Görünür ki, onlar yaradıcılıqlarında çox böyük çətinliklərlə rastlaşıblar. Adını çəkdiyiniz üç müəllif də divarı başı ilə yarıblar. Ancaq buna görə onlara hörmət ola bilər. Pamuk mənim üçün bir az darıxdırıcıdır. Çox uzun yazır. Müasir zamanda vaxt tez uçur. Amma ümumən Pamuk müsbət fiqurdur. Ola bilər, Pamuk Folknerdən aşağı səviyyəli yazıçıdır, ancaq fakt budur ki, Pamuk Türkiyədə konservativ mühitdə böyüyüb, buna baxmayaraq yazırsa, deməli o, böyük adamdır. Və ona Nobel haqlı olaraq verilib.

- Deyəsən, siz müasir ədəbiyyata daha çox bağlısınız.
 
- Əlbəttə, müasir ədəbiyyatı daha çox sevirəm. Müasir ədəbiyyat çox fərqlənir. Ümumiyyətlə, dünya çox dəyişib... Üzr istəyirəm, sizin neçə yaşınız var?
 
- 25...
 
- Çox cavansınız. Mənim 62 yaşım var. Siz 60-cı illəri görsəydiniz, bilərdiniz ki, Azərbaycanda və dünyada nələr dəyişib, çox təəccüblənərdiniz. Köhnə filmlərə bir yerdə baxsaq mən bu dəyişikliyi sizə göstərərəm. İndi azadlıq çoxalıb, qəddarlıq, savadsızlıq azalıb. Dəlilər azdır indi. O vaxtlar bilirsən nə qədər dəli gəzirdi küçədə? Və o dəlilər romanların obrazlarına çevrilirdilər. Yazıçılar dəlilərdən yazmağı çox sevirdi. İndi çəpgöz adamlar yoxdur. Görmüsən belə adamlar? Düzəldiblər gözünü. Ancaq 60-cı illərdə elə adamlar hansısa romanın qəhrəmanları idilər. O çəpgöz gözünə görə xeyli əziyyət çəkirdi, sonra hansısa qız ona vurulurdu. Vəziyyət əməlli-başlı dəyişib yəni. Düzdü, indi də çətinliklər var. Ancaq 60-cı, 70-ci, 80-ci illər ümumiyyətlə dəhşət idi. Məsələn, sən indi Parisin Eyfel qülləsini təsvir edən köynək geyinmisən, saqqalın da var. O vaxtlar səni küçədə görən ağsaqqal deyəcəkdi ki, bu nədir, niyə saqqal saxlamısan. Sən heç nə cavab verməyəcəkdin, bir saat onun boş-boş danışığına qulaq asmağa məcbur olacaqdın. Amma indi bir yaşlı adam cavan birinə elə desə dəyəcək ki, get işinin dalınca da, ağsaqqal.
 
- Və bu dəyişiklik müasir ədəbiyyata da yansıyıb...
 
- Bax mən də onu deyirəm. Ona görə müasir ədəbiyyat oxuyuram. Keçmişdə olanları bilirəm, görmüşəm, artıq onlar mənə maraqlı gəlmir. Müasirlik, xüsusən Qərbdən gələn müasirlik çox maraqlıdır.
 
- Onda gəlin müasirlərdən danışaq. Rus müasirləri. Pelevin, Sorokin, Limonov...
 
- Sorokin çox güclü yazıçıdır. Pelevin yox, elə-belə yazıçıdır. Limonov əclafın biridir. Amma Venedikt Yerofeyev çox yaxşı yazıçıdır. Onun “Moskva-Petuşki” əsəri əladır.
 
- Bizim müasirlərə keçək...
 
- Bizimkiləri oxumağı sevirəm. Məsələn, Rasim Qaraca. Murad Köhnəqala qabaqlar çox yaxşı yazırdı. Sonra nəsə oldu, zəiflədi. Yumoru, sarkazmı vardı, yazmağa qorxmurdu. Rasim Qaracanın son romanı “On bir gecə” Azərbaycan üçün misilsiz əsərdir. Rasim bəy bu romanda antropoloji tədqiqat aparıb. Mən ona məsləhət verdim ki, qadınların da ilk məhəbbətindən yazsın. O da dedi, çətin işdir. Amma inanıram ki, bir yol tapıb yazacaq. Seymur Baycanı da oxumuşam. Ancaq o elə də yüksək səviyyədə deyil.
 
- Siz özünüz hekayə, şeir yazmısınız?
 
- Mənim “Vergül” adlı absurd pyesim var. Xalq Cəbhəsi haqqındadır. Yumoristikdir. Bir pyesim də var, Hamleti müasirləşdirmişəm. Dostlarım üçün. Sonra özümüz səhnələşdirmişik. Yığışıb rolları bölmüşüb, tamaşanı oynamışıq. Şeir də ki, gənclikdə yazmışam. Gənc vaxtı hamı şeir yazıb. Kim ki, şeir yazmayıb onun ürəyi yoxdu demək. Özüm üçün yazmışam, çap eləməmişəm.
 
- Sizcə yazıçının ictimai-siyasi hadisələrə münasibəti olmalıdır, yoxsa bu hadisələr sadəcə onun əsərlərində öz əksini tapmalıdır?
 
- Niyə də olmamalıdır? O da vətəndaşdır. Hər vətəndaşın ictimai-siyasi proseslərə münasibəti olmalıdır. O münasibət olmasa o yazıçını oxuyan olmayacaq. Ölkədə bu qədər hadisə baş veir, sən heç nə demə, gəl mənə qəzəl oxu. Sənin qəzəlinə ehtiyac var? Nə üçün sənin ürəyində bu hadisələr əks-səda vermir? Əgər vermirsə, demək ki, sən yenə üzdəki xaldan şeir yazmağa davam edəcəksən. Çox qəribə də olsa...

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Maşallah Əhmədovun cəzası azaldıldı

bitmap-img3

Rakurs

Azərbaycanda yeni reklam şirkəti fəaliyyətə başlayıb

bitmap-img3

Seçmələr

Xanım general kimləri və niyə dinlətdirib?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru