Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş işçisindən Alışanova sərt ittiham


“Onun AzTV-yə rəhbərlik etməsi fəlakətdi”


AzTV-nin keçmiş mühəndisi, Sankt-Peterburq Kino və Televiziya institutunun məzunu Hikmət Hikmətli telekanal əməkdaşlarına aylarla əmək haqqı verilməməsini və onların cüzi maaşa möhtac edilməsini pisləyib və bunu sədr A.Alışanovun yarıtmaz rəhbərliyi ilə əlaqələndirib.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda Hikmət Hikmətli sosial şəbəkədəki səhifəsində yazıb: “Hər gün dövlət büdçəsindən 100 min manat xəcləyən AzTV kimi kanalın əməkdaşları A.Alışanovun kəraməti sayəsində 100-150 manatın ümidinə qalıblar. Sədrin işçilərə pul verməyə əli gəlmir. Dövlət büdçəsini talamaq hesabına milyonları, xariçdə mülkləri, müxtəlif yerdə villaları olan bu adam neçə-neçə əməkdaşı maaşsız, ac-yalavac qoyub”.
Daha sonra o, AzTV-də çalışdığı 17 il ərzində A.Alışanov qədər “savadsız, qabiliyyətsiz, kobud, naşı” sədr g örmədiyini qeyd edərək ayzır ki, “televiziya yaradıcılığının nə olduğunu anlamayan, ixtisas təhsili olmayan, xəbərdən, jurnalist işindən başı çıxmayan Alışanovun bu böyüklükdə telekanala rəhbərlik etməsi fəlakətdir. Əslində, belə aşağı səviyyəli, savadsız bir adamın televiziya rəhbəri olması bütün xalq üçün təhqirdir”.
A.Alışanovu televiziya tarixinin “üz qarası” kimi səciyyələndirən H.Hikmətlinin fikrincə, mətbuatda AZTV sədri barədə yazılanlar həqiqəti əks etdirir. Cəmiyyət həmin yazılar vasitəsilə “bu adamın bəd əməllərindən xəbərdar olmalı, ölkənin dövlət büdcəsindən maliyyəşən əsas telekanalına rəhbərlik edən şəxsin hansı əxlaq və mənəviyyat sahibi olmasını bilməlidir” -, deyən keçmiş mühəndis bir mütəxəssis kimi özünün işsiz və maaşsız qalmasının da səbəbkarı kimi Alışanovu göstərib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar