Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş icra başçısı namizədliyini geri götürdü


Deputatlığa namizəd, Yeni Azərbaycan Partiyasının üzvü Yusif Ələkbərov bu gün 59 saylı Salyan seçki dairəsinə rəsmi müraciət edərək namizədliyini geri götürüb


Bu barədə virtualaz.org saytının Şirvan bürosuna Yusif Ələkbərov özü məlumat verib.

Xəbər verdiyimiz kimi, Milli Məclisə keçiriləcək seçkilərdə Salyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərov da 59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınmışdı. O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib. Hazırda “Salyan Çörək” ASC-nin direktoru vəzifəsində çalışır. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

Xatırladaq ki, YAP rəhbərliyi partiya üzvlərinə çağırış edərək adları vahid namizədlər siyahısına düşməyənlərə şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görmüşdü. Əks halda onların cəzalandırılacağı və YAP sıralarından uzaqlaşdırılacağı barədə xəbərdarlıq edilmişdi.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yusif Ələkbərov partiyadan çıxarılacaqmı” sualına cavabında bunun bir fərdlə bağlı məsələ olmadığını bildirmişdi: “Ümumilikdə biz qərar vermişik ki, partiyadan kənar kim namizədliyini irəli sürəcəksə, onlar barəsində partiyanın qərarı olacaq. Aydındır ki, bu, onların konstitusion hüququdur. Amma bir üzv partiyada təmsil olunursa, şəxsi maraqlarını ümumpartiya maraqlarından üstün tutursa, təbii ki, o, eyni partiyada addımlaya bilməz”.

Qeyd edək ki, YAP-ın 59 saylı Salyan seçki dairəsindən vahid namizədi Salyan Mərkəzi Xəstəxanasının həkimi İlqar Ağabəyovdur.

59 saylı Salyan seçki dairəsi noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə ən çox - 13 namizədin qeydə alındığı dairədir.

Namizədlər sırasında namizədliyi özü tərəfindən irəli sürülmüş Azərbaycanın sabiq hərbi komissarı, ehtiyatda olan general-leytenant, indiki deputat Əlağa Hüseynov, Müsavat Partiyası Divanının üzvü Valeh Hümmətoğlu, Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı, VHP-ni təmsil edən jurnalist Ramal Hüseynov və başqaları var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar