Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş həmsədrlərin qatıldığı tədbirdə ermənilər qalmaqal salıb

Parisdə Qarabağ müzakirəsi:Keçmiş həmsədrlərin qatıldığı tədbirdə ermənilər qalmaqal salıb


Parisdəki Siyasi Elmlər İnstitutunda “Dağlıq Qarabağda yeni müharibə riski” adlı konfrans keçirilib.

Beynəlxalq Tədris və Tədqiqat Mərkəzinin (CERİ) tədqiqatçısı Bayram Balçının təşkilatçılığı ilə keçirilən konfransda ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri  Jak For “Münaqişənin aktual vəziyyəti, vasitəçilik və inkişaf perspektivləri”, Fransanın Azərbaycandakı sabiq səfiri, İNALCO-nın professoru Qabriel Keller “Dörd günlük müharibə: Bakının mühakimələri”, Fransanın Ermənistanda sabiq səfiri Serj Smesov “Dağlıq Qarabağla bağlı Ermənistanın mövqeyi” və Ali Milli Müdafiə araşdırmaları İnstitutunun pedaqoji müşaviri Tornike Qordadze “Dağlıq Qarabağ ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsinin regional riskləri” mövzularında çıxış ediblər. (Azərtac)

Jak For münaqişənin tarixindən danışaraq bildirib ki, Stalin rejimi dövründə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılmaqla ona muxtar vilayət statusu verilib və bununla da bugünkü münaqişənin əsası qoyulub. O, həmin dövrdə tarixi Azərbaycan ərazisi olan Zəngəzurun Ermənistana verildiyini diqqətə çatdırıb. Madrid prinsipləri, ərazi bütövlüyünə hörmətlə yanaşma, beynəlxalq hüquq, gücdən istifadə etməmə məsələlərinə toxunan J.For qoşunların təmas xəttindəki son hadisələrin Azərbaycanın təmas xəttində dəyişiklik yaratmağa qadir olduğunu göstərdiyini bildirib.

Dörd günlük müharibənin 2016-cı ilin yanvarında dayandırılan dialoqu yenidən bərpa etdiyi bildirilib. Mayın 23-də Brüseldə Fransa Xarici işlər naziri Jan Mark Eyronun “3+2” formatında görüşün iyunda Fransada keçirilməsini təklif etdiyi qeyd olunub.

Jak For iki ölkə arasında olan fərqlərdən də danışıb. Azərbaycanın demoqrafik, iqtisadi üstünlüyünü diqqətə çatdıran keçmiş həmsədr Azərbaycanın müdafiə xərclərinin Ermənistanın dövlət büdcəsindən çox olduğunu bildirib.

Ermənistanda Rusiya səfirliyinin qarşısında keçirilən nümayişə toxunan J.For MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin Ermənistana səfəri çərçivəsində imzalanan Müdafiə Paktının yalnız Ermənistan ərazilərinə aid olduğunu xatırladıb.

Fransanın Azərbaycandakı sabiq səfiri Qabriel Keller XIX əsrin əvvəllərində bağlanmış Türkmənçay müqaviləsinə əsasən ermənilərin İrandan Azərbaycana köçürülməsindən, Naxçıvan və İrəvan xanlıqlarından, onlara azərbaycanlıların rəhbərlik etməsindən, XX əsrin əvvəllərində Türkiyədən gələn ermənilərin yenidən Azərbaycan ərazilərində yerləşdirilməsi ilə demoqrafik dəyişikliklərin yaradılmasından danışıb.

O, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınları xatırladıb. Keçmiş səfir SSRİ siyasətinin həmişə ermənilərin xeyrinə olduğunu vurğulayıb.

Zəngəzurun Ermənistana verilməsi qeyd edən diplomat 1948-1953-cü illərdə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və onların doğma yurdlarından deportasiya edildiyini vurğulayıb.

Qeyd edilib ki, Stalinin vəfatından sonra vəziyyətin normallaşması təəssüratı yaranmasına baxmayaraq, 1988-ci ildə erməni millətçiləri yenidən vəziyyəti gərginləşdiriblər.

Xocalı soyqırımından, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olmasından, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən danışan diplomat hələ də bu qətnamələrin həyata keçirilməsi ilə bağlı Təhlükəsizlik Şurasının heç bir tədbir görmədiyini vurğulayıb.

2015-ci ildə artıq atəşkəs rejiminin pozulduğunu və 2016-cı ildə daha da intensivləşdiyini bildirən diplomat aprelin 2-də Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın yenidən atəşkəs rejimini pozması, mülki əhalini hədəfə alması və dinc əhali arasında qurbanlar olması ilə bağlı məlumatlar verdiyini bildirib.

Aprelin 2-də Azərbaycanın birtərəfli atəşkəs elan etdiyini, ancaq Ermənistanın bununla razılaşmadığını diqqətə çatdırıb.

Azərbaycanın birtərəfli atəşkəs elan etməklə qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə dinc əhalinin müdafiəsini təmin etmək istədiyi bildirilib.

O, dörd günlük müharibənin müəyyən güzəştlərə getmək tələbi qarşısında qalan Ermənistan tərəfindən başlanması ehtimal olunduğu bildirib. Azərbaycan Müdafiə Nazirliyinin saytında Ermənistanın P-4 (ağ fosfor) mərmisindən istifadə etməsi qeyd olunub.

Fransanın Ermənistandakı sabiq səfiri Serj Smesov həmkarlarının çıxışından sonra aprel ayında baş vermiş dörd günlük müharibə haqqında fikirlərini bildirib. S.Smensov Türkiyə-Ermənistan, İran-Ermənistan münasibətlərindən danışıb, Vyana görüşündən söhbət açıb.

ATƏT-in Minsk qrupunun fransalı sabiq həmsədri Bernar Fasye əslində münaqişənin həlli üçün Madrid prinsiplərinin mövcud olduğunu, ancaq Yerevanın siyasi iradəsinin olmadığını diqqətə çatdırıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sonda Ermənistanın qoşunların təmas xəttində törətdiyi son təxribatları xatırladaraq, mövcud status-kvonun qəbul edilməz olduğunu bildirib. Qeyd edilib ki, münaqişənin həlli üçün ilk növbədə erməni silahlı qüvvələri qeyri-qanuni işğal etdiyi torpaqlardan çıxmalıdır.

O, münaqişənin həllinin beynəlxalq hüququn prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmiz münaqişənin ağır nəticələrinə məruz qalmasına baxmayaraq, biz problemin sülh yolu ilə həllinə inanırıq. Səfir Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarınin birlikdə yaşamasının mümkünlüyü qeyd edib.

Bildirilib ki, Azərbaycan atəşkəs rejiminin möhkəmləndirilməsinə onun status kvonun saxlanmasına xidmət etməyəcəyi təqdirdə razı ola bilər.

Konfransda iştirak edən ermənilər çıxışlar zamanı və tədbirin sonunda narazılıqlarını həmişəki kimi aqressiv şəkildə ifadə ediblər.

Tədbirin gedişi bir daha vəziyyətin Azərbaycanın xeyrinə istiqamət götürdüyünü təsdiqləyir. Artıq ermənilərin süni yaratdıqları mifin dağıldığı, onların yalanlarına inanılmadığı, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırıldığı açıq- aşkar görünür.(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar