Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş deputat vəfat etdi


87 yaşlı professor səhhətinin pisləşməsi ilə əlaqədar bir nçə gün öncə xəstəxanaya yerləşdirilmişdi


PİA.AZ modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin sabiq deputatı,  hakim Yeni Azərbaycan Partiyasını yaradan "91-lər"dən biri Həsən Mirzəyev bu gün dünyasını dəyişib.

Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində anadan olub. O, 1948-ci ildə orta məktəbi, 1950-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu bitirib, 1965-1987-ci illərdə namizədlik və doktorluq dissertasiyasını müdafiə edib.

Uzun illər ADPU-nun "Müasir Azərbaycan dili" kafedrasına rəhbərlik edən H.Mirzəyev 200-dən artıq elmi əsərin, 12 cildlik monoqrafiya da daxil olmaqla 21 kitab və 8 tədris proqramının müəllifidir. Alimin rəhbərliyi ilə bir çox elmlər namizədi və doktoru yetişdirilib. Azərbaycan filologiya elminin inkişafında müstəsna xidmətləri olan H.Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaradıb.
 
21 noyabr 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, YAP-ın üç qurultayının üçündə də YAP siyasi şurasına üzv seçilib.

Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. Həsən Mirzəyev 2002-ci ildə mərhum prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar