Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş deputat metal oliqarxının qulağını kəsməyə çağırdı


Keçmiş deputat metal oliqarxının qulağını kəsməyə çağırdı, prokuroluq araşdırma başlatdı


Baş Prokurorluq keçmiş deputat Nazim Məmmədov tərəfindən metal oliqarxı, “Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədovun qulağını kəsməyə dair sosial şəbəkələrdə etdiyi çağırışa dair araşdırma aparılması üçün tapşırıq verib.

Bu barədə Baş Prokurorluqdan virtualaz.org saytına daxil olmuş rəsmi məlumatda deyilir.

“Kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə sabiq deputat Nazim Məmmədovun “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edərək sosial şəbəkələrdə özünə aid olması ehtimal edilən səhifədə sonuncuya xəsarətlər yetirilməsi ilə bağlı çağırışlar etməsi xüsusatları üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmaların aparılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən Bakı Şəhər Prokurorluğuna tapşırıqlar verilib”- deyə məlumatda bildirilir.

Xatırladaq ki, Nazim Məmmədov bu günlərdə özünün facebook səhifəsində Rasim Məmmədovun və onun “qoçu dəstəsinin” qulağının kəsiləcəyini gözlədiyini yayıb, onu inhisarçılıqda ittiham edib.




Nazim Məmmədov bundan əvvəl metal biznesi ilə məşğul olub, ona məxsus “Ataxan Dəmir Sənaye” MMC 2012-ci ildə fəaliyyətini dayandırıb. Keçmiş deputat müəssisənin fəaliyyətini dayandırmasına görə Rasim Məmmədovu ittiham edir. Bildirir ki, onun sexinə reyder hücumu olub.

Rasim Məmmədov isə virtualaz.org və haqqin.az saytlarına verdiyi müsahibədə keçmiş deputatın sexində kustar üsulla və heç bir standarta cavab verməyən məhsulun istehsal edildiyini demişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar