Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş amerikalı həmsədr yenə Qarabağdan və müharibə riskindən danışdı


Kerri Kavano yenə Qarabağdan və müharibə riskindən danışdı: “Mən əvvəl buna qarşı idim...”


Qarabağ münaqişəsinin nizamlanması Vaşinqtonla Moskva arasında münasibətlərin yaxşılaşması üçün unikal imkan verir.

Bunu “Amerikanın səsi”inə müsahibəsində Minsk Qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano “Amerikanın səsi”inə müsahibəsində deyib. Kerri Kavao bu günlərdə Dağlıq Qarabağ münaqişəsinə dair geniş məqalə ilə çıxış etmişdi.

“Birmənalıdır ki, prezident Tramp Rusiya ilə münasibətləri qaydaya salmaq istərdi. Əminəm ki, Dağlıq Qarabağ münaqişəsi buna imkan yarada bilər, imkan verər ki, RusiyaABŞ birlikdə effektiv işləyərək münaqişənin dinc nizamlanmasına nail olsunlar”-keçmiş diplomat deyib.

Kavano hesab edir ki, Suriya və Ukraynadan fərqli olaraq Qarabağ məsələsində ABŞRusiyanın hədəfləri bir-birinə yaxındır. “Mən bundan əvvəlki məqaləmdə ABŞ-ın yeni administrasiyasına siqnal göndərmək istədim: bax bu sahəyə yönəlin, hansı ki, ABŞRusiya iki onillikdir ciddi əməkdaşlıq edir”-o deyib.

Digər keçmiş diplomat, Xarici Əlaqələr Şurasının analitiki Uayan Meri isə ötən ilin aprel müharibəsini yada salaraq Moskvanın hərbi əməliyyatların dayandırılmasındakı mühüm rolunu qeyd edib. “Məhz Rusiyanın sayəsində bu qarşıdurmanın genişlənməsini dayandırmaq mümkün oldu”-o bildirib. Uayan Meri hesab edir ki, Qarabağda müharibə heç kimin maraqlarına cavab vermir. “İndiki halda müharibə hamı üçün məğlubiyyət olacaq, müharibə bütün tərəflərin maraqlarına qarşıdır”-o deyib.



Keri Kavano isə sözlərinə davam edərək deyib ki, müharibənin yenidən başlamayacağı məsələsində optimist deyil. Onun fikrincə nə qədər ki, real sülh prosesi mövcud deyil, Qarabağda müharibə təhdidi qalacaq. Belı şərtlərdə keçmiş həmsədr hesab edir ki, təmas xətti boyu atəşkəsin kimin tərəfindən pozulduğunu müəyyən etmək üçün xüsusi avadanlıqların yerləşdirilməsinə dair erməni tərəfinin təşəbbüsünü dəstəkləmək lazımdır. “Mən əvvəl buna qarşı idim, lakin indi atışmaların daha intensiv xarakter aldığı bir vaxtda belə qurğular çox qiymətli ola bilərdi. İmkan verərdi ki, beynəlxalq vasitəçilər atəşkəsi birinci hansı tərəfin pozduğunu müəyyən etsin”-Kerri Kavano bildirib.

Xatırladaq ki, təmas xəttində atəşkəsi izləmək üçün xüsusi avadanlıqların yerləşdirilməsinə dair təşəbbüs Amerikadakı erməni dairələri tərəfindən qaldırılmışdı və bir müddət əvvəl Dövlət Departamenti bu təşəbbüsü dəstəkləyib onu Azərbaycan tərəfinə qəbul etdirməyə cəhd etmişdi. Lakin rəsmi Bakı bu və status-kvonu uzatmaqdan başqa heç nəyə yaramayan istənilən bu cür mənasız təşəbbüsləri rədd edib.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar