Çərşənbə axşamı, 23 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Keçmiş MTN əməkdaşına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş MTN zabiti Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib


Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edərək müvəkkili barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Keçmiş MTN zabiti son sözündə vəkili ilə razı olduğunu deyib.

Daha sonra prosesdə hökm oxunub, Elçin Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib

Xatırladaq ki, prokuror E.Əhmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, E.Əhmədov vətəndaşları dövlət orqanlarında işə düzəldəcəyi vədini verərək, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

E.Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub, sonradan işdən çıxarılıb.(APA)

pia.az
Etiket:

loading...