Xəbər xətti

24 FEVRAL

21:25 Somalidə iki partlayış: 38 ölü

21:19 Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi

21:12 Ermənilər “Xocalı” bukletinin paylanılmasına mane olmaq istədi -Video

21:05 Rusiya XKX rəhbəri İrəvanda nələri müzakirə etdi?

20:59 Bərdədə teplovozla yük avtomobili toqquşub - Foto

20:53 İstanbulda Xocalıya Ədalət Həftəsi başladı - Foto

20:45 Bakı qəsəbələri: proqram bitib, dərdlər bitməyib...

20:38 Bərdədə qamışdan tikilmiş ev yandı

20:31 Bakıətrafı qəsəbələrə elektrik qatarları işləyəcək - Açıqlama

20:24 Düşmənə bəraət qazandıran xainlər

20:17 İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

20:10 Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?

20:02 Zaur müğənniləri biabır etdi: “Pul verib xaricdən səslər alırlar”

19:58 Bakıda Xocalı soyqırımının qurbanlarını yad edirlər

19:52 Çin öz rekordunu təzələdi: ən uzun körpü - Video

19:46 DİN Xoşqədəmin verilişində baş verənləri ifşa etdi

19:39 Bakı-Quba yolunda ağır qəza – Ölən və yaralananlar var

19:33 İlham Əliyev Küveytin əmiri və hökumət başçısına təbrik məktubu ünvanlayıb

19:27 Rusiya regiona daha iki Su-57 göndərdi - Səbəb

19:20 3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

19:13 Ali məktəb tələbələri üçün prezident təqaüdü artırıldı

19:06 Prezidentdən təhsillə bağlı - Sərəncam

19:02 Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırıldı

19:00 “Ehtiyac ucbatından oxuyuram” - Mənzurə

18:54 “Amazon”dan satıcısız, kassasız mağaza

18:47 Beyl “Real”dan ayrılır? - Zidan açıqladı

18:40 MSK qərar verdi, yekun protokollar hazırlanacaq

18:33 Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəlib

18:26 Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar

18:19 Ağdamda saxlanılan maşından elə bir şey tapıldı ki... - Foto

18:11 ABŞ İsraildəki səfirliyini 2018-ci ilin may ayında Qüdsə köçürməyi planlaşdırır

18:04 Stiv Cobsun işə qəbul ərizəsi hərraca çıxarılıb

17:57 Bakıda 52 yaşlı kişi evdə ölü tapıldı

17:50 Azərbaycanda 27 yaşayış yerinin adı dəyişdirilə bilər

17:43 Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

17:36 “Toyunda qapıya bağladığımız qırmızı lentin rəngi hələ solmayıb” – Şəhid ömrü

17:29 “Real Madrid” və “Barselona” üçün asan rəqiblər

17:21 “Qarabağda vəziyyət elə gərgindir ki, hansısa artilleriya yaylım atəşi açılsa...”

17:14 Prezidentliyə namizədlərin sayı 15-ə çatdı

17:06 Birinci siniflərə qəbul üzrə 30 mindən çox sorğu daxil olub

16:59 Yeganə boşanma xəbərindən danışdı: “Qanuni ərimdir”

16:52 Yaxın 20 ildə Rusiya enerji ixracında lider qalacaq

16:45 Bakı məktəblərində “açıq dərslər”ə başlanılıb

16:38 “Zeytun budağı”: 1931 terrorçu məhv edilib

16:33 Azərbaycan XİN və Baş Prokurorluq: Xocalı soyqırımına görə Ermənistan məsuliyyət daşıyır

16:30 Ağdamda ər-arvad qazdan zəhərlənib

16:23 “Neftçi”nin sabiq hücumçusu məşqçiliyə başladı

16:15 Şövkət Mirziyayev Özbəkistanda Xruşşovsayağı “inqilab” edir

16:07 Özbəkistanın keçmiş baş prokuroru həbs olundu

15:57 Putinin daha iki ən yeni qırıcısı Hmeymimə endi

15:53 Azərbaycanlı müğənnilər Bodrumda restoran açdı

15:47 Siyavuş Novruzov: “Azərbaycanı indi idman ölkəsi kimi tanıyırlar”

15:41 Kadırov Stalini lənətlədi

15:36 ABŞ-ın qərarına Fələstindən cavab

15:30 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb

15:21 Rusiyaya finalda Almaniya rəqib oldu

15:16 Ata və oğulun söhbəti

15:11 Smartfonlar üçün yeni çip yaradılıb

15:05 Somalidə partlayış: azı 20 ölü

14:56 Mirzəyevin bacısı və yeznəsi niyə öldürüldü?

14:48 Məzahir Pənahov: “Bu, anlaşılmaz yanaşmadır”

14:44 Bakıda gənc oğlan bıçaqlanıb

14:39 Azərbaycan nefti bahalaşdı

14:31 Türkiyə ordusu 1931 terrorçunu məhv edib

14:26 Xızıda sürücünü öz maşını ilə 200 metr sürüdülər

14:22 Elman Fəttahın qardaşı qəzada vəfat etdi

14:17 Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi

14:12 Qusarda itkin düşmüş qadın tapıldı

14:06 Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib

14:01 Müğənni Damlanın “YouTube” kanalı silindi

13:55 Sabahın hava proqnozu

13:50 Ermənistan hakim koalisiyası prezidentliyə namizədini irəli sürdü

13:46 ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb

13:42 “Qarabağ” Türkiyədə ilin komandası seçilə bilər

13:35 Kabildə kamikadze özünü partlatdı: 1 ölü, 6 yaralı

13:32 Nərimanovda Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüş keçirilib

13:31 Hindistan ballistik raketi sınaqdan keçirtdi

13:19 Deputat Sona Əliyeva yaranmış problemə son qoydu

13:15 650 minlik avtomobil hansı məmurundur?

13:12 Azərbaycan deputatları Ərdoğanla görüşəcək

13:09 Bəxtiyar Hacıyev Şimali Koreya səfərindən danışdı

13:05 Ali Sunalın azərbaycanlı nişanlısı ilə toy tarixi bəlli oldu

12:56 Ağlamağa dərd axtarmaq adəti

12:49 Deputat: “Separatçıların “seçki şoularını” tanımırıq”

12:42 Bakıda ağacları kəsən adam saxlanıldı

12:38 Füzuli Məmmədovun (Frenk Elkapone) yalanı və ayıbı

12:38 Böyük Britaniyadan İŞİD xəbərdarlığı

12:33 Millət vəkili: “Bizdə benzin niyə bahadır?”

12:27 Çingiz Abdullayev: “O, yaddaşlarda əbədi qalacaq”

12:24 Neft bahalaşıb

12:18 Sumqayıtda yaşıllıqları məhv edənin kimliyi məlum oldu – Əli Həsənovun nəvəsiymiş…

12:13 Bakı aeroportunda İsrail vətəndaşı olan qadın saxlanıldı

12:08 Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

12:04 BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək

12:01 Əhəd Abıyev Gültəkin Hacıbəylini döyüb?

12:00 Lazer smartfonları enerji ilə dolduracaq

11:58 Səhləbad kəndində səyyar qəbul-görüş keçirilib

11:55 Polis maşını qəzaya düşdü: xəsarət alanlar var

11:52 Dünən axtarışda olan 60 nəfər saxlanılıb

11:48 Dəccal

11:47 Süni intellekt xəstəlik riskini proqnozlaşdırır

11:42 Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı

11:41 “Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə...”

11:36 Ekspert: “ABŞ Rusiya və Türkiyəyə mane ola bilməyəcək”

11:30 Başbuğ Ərdoğana qarşı iki partiyanı birləşdirir – İddia

11:25 Tovuzda yanğın: 2 ölü

11:21 Erməni diasporu Fətullayevi məhkəməyə verir

11:16 Bill Geyts məşhur serialda rol alacaq

11:12 Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

11:07 Məzahir Pənahova ağır itki

11:03 Məşhur aktrisa 97 yaşında vəfat etdi

10:59 “Azərbaycanı Moskvada nazirin müavininin təmsil eləməsi siyasi məna daşımır”

10:55 Azərbaycan xaricə satdığı məhsulu, həm də xaricdən alır

10:51 Beyləqan və Ağcabədidə oğurluq edən çoban tutuldu

10:47 Azərbaycan çempionatında növbəti oyunlar başlayır

10:42 Stiv Cobsun işə qəbul ərizəsi hərraca çıxarılır

10:39 Dövlət qulluqçusu olmaq istəyənlərə müraciət

10:34 “Qarın yağmamasına səbəb ekoloji silahlardan istifadədir”

10:30 Mingəçevirdə idmançı qollarını doğradı

10:25 Bakıda keçmiş məhkumlar intihara cəhd göstəriblər



ƏDƏBİYYAT

...

Kazuo İşiquronun Nobel nitqi – Son hissə

Tarix 20.12.17, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.az Nuranə Abbasovanın tərcüməsində 2017-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquruonun Nobel nitqinin son hissəsini təqdim edir


Əvvəli burada
 
1999-cu ilin oktyabrında alman şair Kristof Hebner tərəfindən Osventsim Beynəlxalq Komitəsi adından bir neçə günlük keçmiş həbs düşərgəsini ziyarət etməyə dəvət olunmuşdum. Osventsim ilə ölüm düşərgəsi olan Birkenau arasındakı yolda yerləşən Osventsim Gənclər Mərkəzində yerləşdirilmişdim. Buraları gəzdim? qeyri-rəsmi olaraq müharibədən sağ çıxmış 3 nəfərlə görüşdüm.
 
Ən azından coğrafi olaraq nəsildaşlarımın böyümüş qaranlıq gücün qəlbinə daha yaxın olacağını hiss edirdim. Birkenauda çiskinli gündə dağıdılmış qaz kameralarının qalıqları qarşısında dayandım. Almanlar onları havaya uçurub, Qızıl Ordudan qaçmazdan əvvəl necə qoymuşdularsa, həmin gün də baxımsız vəziyyətdə idilər. Artıq nəmli, qırıq lövhələr sərt Polşa iqliminə məruz qalmış, ildən-ilə korlanırdı. Ev sahibi öz dilemması haqda danışmağa başladı. Bu qalıqlar mühafizə olunmalıdırmı? Perseks günbəzlər bunları ört-basdır edib, gələcək nəsillər üçün qoruyacaq şəkildəmi tikilməlidir? Yaxud təbii olaraq bütün bunların çürüyüb getməsinə icazə verilməlidirmi? Bunlar mənə böyük dilemma üçün güclü metafora təsiri bağışladı. Bu xatirələr necə olmuşdu, qorunub saxlanmışdı? Şüşə günbəzlər pislik və kədər qalıqlarını muzey eksponatına çevirə bilərdimi? Nəyi xatırlamalıyıq? Unutmaq, gələcəyə doğru addımlamaq nə zaman daha yaxşı olacaq?
 
44 yaşım vardı. Bu yaşa qədər İkinci Dünya müharibəsini, qorxu və zəfərlərini valideynlərimin yaş qrupundan olan nəslə aid hesab edirdim. Ancaq indi görürdüm ki, bu hadisələrə öz gözü ilə şahidlik etmiş insanların çoxu həyatda yoxdur. Bəs onda nə olacaqdı? Xatırlama gücü yalnız mənim nəslimə qalırdı? Müharibə illərini yaşamamışdıq, ancaq ən azından bu illər tərəfindən həyatları silinməyəcək şəkildə istiqamətləndirilmiş valideynlər tərəfindən böyüdülmüşdük. İndi bunları xalqa açıqlayan ədib kimi indiyədək fərqində olmadığım vəzifəmi yerinə yetirirdim? Bu xatirələri və dərsləri əlimizdən gələn qədər valideynlərimizin aid olduğu nəsildən digərinə ötürmək bizim üçün borcdurmu?
 
Qısa müddət sonra Tokioda auditoriya qarşısında çıxış edirdim və dinləyicilərdən biri bundan sonrakı mərhələdə hansı əsər üzərimdə çalışacağımı soruşdu. Kitablarımın daha çox böyük sosial və siyasi qarışıqlıq dövründə yaşayan, daha sonra isə geriyə boylanaraq həyatlarının utancverici xatirələri ilə əlləşən insanlar haqqında olduğunu xatırlatdı. Gələcək kitablarımın da oxşar mövzularda olub-olmayacağını soruşurdu.
 
Gördüm ki, suala tamamilə hazırlıqsız cavab verirəm. Bəli, dedim, daha çox unutmaqla xatırlamaq arasında mübarizə aparan insanlar haqqında yazmışam. Ancaq gələcəkdə həqiqətən cəmiyyətin eyni məsələləri necə qarşılayacağı ilə bağlı tədqiqat yazmağı planlaşdırıram. Xalq da bir şəxsin etdiyi kimi eyni hadisələri xatırlayıb-unudurmu? Yaxud fərqli düşünürmü? Tam olaraq bir xalq haqqında xatirələr nədən ibarətdir? Onlar harada saxlanılır? Necə istiqamətləndirilir, nəzarət edilir? Zorakılıq faktlarını dayandırmanın, yaxud cəmiyyəti xaos və müharibəyə sürükləmə yollarını unutmağın vasitəsi varmı? Digər tərəfdən, stabil, azad cəmiyyət, həqiqətən amneziya və əsəbi ədalət təməlləri üzərində qurula bilərmi? Sualı verən şəxsə bu cavabı deyirdim, ancaq, təəssüf, bunlar haqda necə yazacağımı bilmirdim.
 
***
 
2001-ci ilin əvvəlində Şimali Londondakı evimizin qaranlıq ön otağında bir axşam Lorna ilə birlikdə kifayət qədər keyfiyyətli VHS lentində çəkilmiş Qovard Hoksun 1934-cü il istehsalı olan “XX əsr” filmini izləyirdik. Qısa müddət sonra gördük ki, filmin başlığı geridə qoyduğumuz əsrə yox, Nyu-York və Çikaqonu bir-birilə əlaqələndirən lüks qatara ithaf edilib. Bəzilərinizin də təxmin edəcəyiniz kimi, film Hollivuda gedib ulduz olmaq istəyən aktrisaya Brodvey prodüserinin mane olmaq istəməsi üzrə qatarda baş vermiş hadisələr haqda sürətlə yüksələn xətlə inkişaf edən komediya janrındadır. Filmdə dövrünün məşhur aktyoru olan Con Berrimor komik performans sərgiləyir. Üzündəki ifadələr, jestlər, dediyi hər sözdə ironiya, ziddiyyətlər, eqosentrizm və özünü məhv edən insan qroteskləri bir-birini möhtəşəm şəkildə əvəz edir. Bir çox baxımdan parlaq performansdır. Buna baxmayaraq film davam etdikcə özümdə maraq görmürdüm. Bu, məni əvvəlcə təəccübləndirdi. Ümumilikdə Berrimori sevirdim, Qovardın digər filmlərinin – “The girl Friday”, “Only angels have wings” – də ulduzu idi.
 
Filmdən bir saat sonra ekran işinin dəyərləndirilməsi zamanı ağlıma valehdici ideya gəldi. Romanlarda, filmlərdə və tamaşalarda bu qədər canlı, inkaredilməz, inandırıcı xarakterin mənə bir o qədər təsir etməməsinin səbəbi bu obrazların qəribə insan münasibətləri çərçivəsində digər personajların heç birinə bağlana bilməməsi idi. Ardınca isə romanımla bağlı ağlıma daha bir ideya gəldi: obrazlarımla bağlı narahatlığı buraxıb, əvəzində münasibətlərimdən narahat olmalı deyiləmmi?
 
Qatar daha uzaq qərbə doğru hərəkət etdikcə Con Berrimor isterikləşdikdə Eduard Morqan Fosterin iki və üçölçülü personajları arasındakı məşhur ayırımı haqda düşünürdüm. O, hər zaman “bir əsərdəki obraz üçölçülü olmalıdır: inandırıcı şəkildə bizi təəccübləndirə bilmək gerçəyindən dolayı – deyirdi. İndi belə sual yaranmışdı: personaj heç bir münasibəti olmasa, üçölçülü hesab edilə bilərdimi? Eyni dərs seriyasının başqa yerində Foster maqqaşla yumoristik obrazı romandan qopardaraq işıq altında incələmək üçün məzəli görüntüdən istifadə edib. Oxşar iş ortaya qoya bilməzdimmi və ya müxtəlif münasibətləri işıq üzünə çıxara bilərdimmi? Yazdığım və ya yazacağım əsərlərlə bunu özüm edə bilərdimmi? Bir müəllim-şagird münasibətinə nəzər sala bilərəm deyə, düşünürdüm. Mənalı, yeni nəsə deyirmi? Yüzlərlə əsərdə olan eyni yorğun stereotip açıqca hiss olunurmu? Yaxud iki rəqib dost arasındakı bu münasibət dinamikdirmi? Duyğusal rezonansa malikdirmi? İnkişaf edirmi? Təəccübləndirici sürprizdirmi? Üçölçülüdürmü? Birdən-birə fərqli həll yolları tətbiq etdiyim halda keçmişdə əsərlərimin müxtəlif yönlərinin niyə uğursuz alındığını daha yaxşı başa düşdüm. Con Berrimora baxa-baxa ideya yaranmışdı. Bütün yaxşı əsərlər, radikal və ya ənənəvi çalarlarının nə qədər önəmli olduğunu düşünməmək şərtilə, bizim üçün vacib münasibətləri sərgiləməli idi: bizi hərəkətləndirən, əyləndirən, hirsləndirən, təəccübləndirən. Ola bilsin, gələcəkdə münasibətlərimi nə qədər çox nəzarətdə saxlayaramsa, obrazlar özləri öz qayğılarına qalardılar.
 
Burada mənimlə baş vermiş bir hadisəni nəql etsəm də, bəlkə də bu, hər zaman sizin üçün açıq-aydın görünən nəsnə olub. Bir şeyi deyə bilərəm ki, bu fikir yazıçılıq həyatımda ağlıma gec gəlmiş ideya idi və indi sizə danışdığım digər ideyalarımla qarışıq dönüş nöqtəsi hesab edilə bilər. O andan etibarən əsərlərimi fərqli şəkildə yazmağa başladım. Misal üçün, “Buraxma məni” romanımı yazanda mərkəzi münasibətlər üçbucağı və ondan yaranan digər münasibətlər haqda əvvəlcədən düşünməyə başladım.
 
***
 
Yazıçının karyerasındakı mühüm dönüş nöqtələri – ola bilər, bir çox karyera növlərində də - bunun kimidir. Çox vaxt onlar xırda, kiçik məqamlardan ibarət olur. Bunlar səssiz, xüsusi vəhy qığılcımlarıdır. Tez-tez ağla gəlməz, gələndəsə həmkarlar, müəllimlər tərəfindən bəyənilməyən təntənəylə təşrif buyura bilərlər. Daha diqqətlə, görünüşdə daha təcili tələblərlə əksəriyyəti rəqabət aparmalıdır. Bəzən ortaya qoyduqları şey hakim biliklərə zidd ola bilər. O ideyalar gələndə olduqları kimi qəbul etmək lazımdır, əks halda əlimizdən sürüşüb çıxar.
 
Burada kiçik və mühüm haşiyəyə çıxmaq istəyirəm, çünki əsasən, işim budur. Bir adam səssiz otaqda yaza, başqasıyla ünsiyyət qurmağa çalışa bilər, digəri səssizlikdə, yaxud əksinə səs küylü otaqda oxumaq istəyər. Əsərlər bir nöqtəni öyrədə, təlimatlandıra və ya müzakirəyə çıxara bilər. Amma mənimçün mühüm olan hisslərin çatdırılmasıdır. Bu hisslər sərhədlərimizdə olan insanlarla paylaşdığımız duyğulara itaət edərək böyüyür. Əsərlərin ətrafında böyük cəzbedici sənaye cəmləşib: kitab, kino, televiziya, teatr sənayesi. Ancaq nəticə etibarilə, əsərlər bir nəfərin digərinə söylədiklərini nəql edir: “mənə görə belədir. Nə dediyimi başa düşürsən? Sənə də belə gəlir?”
 
***
 
Beləliklə, indiki vaxta gəlib çıxdıq. Son zamanlar ayılmışam, neçə ildir, qovuq içərisində yaşamışammış. Ətrafımdakı insanların narahatlığı və qayğıları ilə maraqlanmamışam. Sivil, liberal düşüncəli insanlarla dolu müasir dünyamın əslində cılız, xəyal etdiyimdən daha kiçik olduğunun fərqinə vardım. 2016-cı ildə Avropa və Amerikadakı siyasi hadisələr, terror hücumlarının təəccübü altında sərbəst olaraq qəbul etdiyim liberal-humanist dəyərlərin dayanmadan irəliləməsi fikirlərinin uşaqlıq illüziyasından başqa şey olmadığını gördüm.
 
Optimizməmeyilli nəslin nümayəndəsiyəm. Niyə də yox? Böyüklərimizin totalitar rejimlər, soyqırım və tarixi qətliamlardan Avropanı dostluqla yaşayan liberal demokratiyanın mühüm bölgəsinə uğurla necə çevirdiklərinin şahidi olduq. Keçmiş müstəmləkə imperiyalarının onların əsasını təşkil edən zərərli fərziyyələrlə bütün dünyanı necə dağıtdığını gördük. Feminizm, eynicinslilərin haqları və irqçilik əleyhinə müxtəlif cəbhələrdə mübarizədə mühüm irəliləyişlərə şahidlik etdik. Kapitalizm və kommunizm arasındakı ideoloji, hərbi savaşın zəmnində böyüdük, çoxumuzu xoşbəxt nəslin nümayənədələri hesab elədikləri də həqiqətdir.
 
Ancaq indi geriyə boylananda Berlin Divarının yıxılmasından bu yana keçən dövrün könülsüzlük və imkanların itirilməsindən qaynaqlandığını görmüş oluruq. Varlanma, imkanlar arasındakı qeyri-bərabərlik millətlərarası və ölkə daxilində böyüməyə başladı. Xüsusilə, 2003-cü ildə İraqın işğalı, 2008-ci ildəki qalmaqallı iqtisadi böhrandan sonra adi insanların məcbur edildiyi qənaət  rejimi, “Far Right” ideologiyası, ifrat millətçilik bu fərqi artırdı. İrqçilik, ənənəvi və modern formada, daha yaxşı təşkilatlanmış şəkildə yüksələrək yatmış bədheybət oyanışı ilə sivil küçələrə daşınmağa başlandı. Bu gün bizi birləşdirmək üçün, belə görünür, hər hansı proqressiv səbəblər yoxdur. Bunun əvəzinə, Qərbin zəngin demokratik ölkələrində belə, resurslar, hakimiyyət uğrunda mübarizə aparan rəqib düşərgələrində əriyib yox oluruq.
 
Dünyanın dörd yanında elm, texnologiya və tibdə heyrətlənirici sıçrayışlarla bağlı problemlər uzanır. Gen yaratma texnologiyası CRİSPR, süni intellekt və robot texnologiyası sahəsində irəliləyişlər bizə üstünlüklər qazandırır, ancaq bunlar vəhşi meritokratiyalar, kütləvi işsizlik yarada bilərlər.
 
Və mən – 60-cı illərin adamı dünən var olduğundan şübhələnmədiyim bu dünyada gözlərimi hövkələyərək sanki xarici cizgilərini ayırd etməyə çalışıram. Mənim kimi yorğun bir nəslin intellectual nümayəndəsi olan yorğun müəllif kimi indi buy ad dünyaya baxa biləcək enerjini tapa bilərəmmi? Cəmiyyətin böyük dəyişikliklərə uyğunlaşmaq ümüb mübarizə apardığı arqumentlərə, savaşlara və mübahiisələrə emosional çalar qatmaq üçün perspektiv təmin etməyə kömək edəcək nələrsə qalıbmı?
 
Bu mübarizəyə davam etməliyəm, əlimdən gələn hər şeyi də edəcəyəm. Çünki ədəbiyyatın gücünə inanıram. İnanıram ki, bu çətin landşaftı keçə biləcəyik. Ancaq bizi ilhamlandıracaq, rəhbəlik edəcək gənc nəsil yazıçıların axtarışını da davam etdirəcəyəm. İndi onların zamanıdır, onlarda mənə gəlib çatmayacaq instinktlər, intuisiyalar çox olacaq. Kitab, kino, televiziya, radio dünyasında macərapərəst, həyəcanverici istetdadlar görürəm: 40, 30 və 20 yaşlı qadınlar, kişilər. Bu səbəbdən pozitivəm. Niyə də olmayım?
 
 
Ancaq icazə versəniz, Nobel Apellyasiya Məhkəməmi bitirərdim. Bütün dünyada haqq-ədaləti bərpa etmək çətindir. Ancaq ən azından oxuyacağımız, yazacağımız, yayacağımız, tövsiyə, yaxud rədd etdiyimiz, mükafatlandırdığımız kitablarla “öz ədəbiyyat köşəmizdə” kiçik guşəmizi yaratmağa icazə verin. Bu qeyri-müəyyən gələcəkdə bu günün və sabahın yazıçılarından ən yaxşısı olmaq istəyiriksə, hesab edirəm, daha müxtəlif olmalıyıq. Bunu iki mənada söyləyirəm:
 
Birincisi, ortaq ədəbi dünyamızı elit birinci dünya mədəniyyətlərinin rahat bölgələrindən daha çox səs toplamaq üçün genişləndirməliyik. Yazıçılar istər uzaq ölkələrdə, istər bölgəmizdə yaşasın, bu gün bilmədiyimiz ədəbi mühitdən qopmuş daşları kəşf etmək üçün daha enerjili şəkildə axtarışa çıxmalıyıq.
 
İkincisi, nəyin yaxşı ədəbiyyat olduğuna dair təyinatlarımızı çox dar və ya mühafizəkar şəkildə müəyyənləşdirməməyə çalışmalıyıq. Yeni nəsil mühüm, maraqlı əsərlərini təqdim etmək üçün hər zaman yeni, bəzənsə təəccübləndirici bütün yolları axtarıb tapacaq. Onlardan ən yaxşıları müəyyən etmək üçün düşüncələrimizi, xüsusilə, forma və janr əlaqəsinə açıq tutmalıyıq. Təhlükəli şəkildə bölünmənin artdığı zamanda qulaq asmağı bacarmalıyıq. Yaxşı yazı, yaxşı oxu bütün sədləri yıxacaq. Ətrafında toplaşacağımız yeni fikir və böyük insan xəyallarını belə tapa bilərik.
 
İsveç Akademiyasına, Nobel Fonduna və can atdığımız Nobel mükafatını parlaq simvol halına gətirən İsveç xalqına təşəkkürlərimi bildirirəm!/parafr.az/


pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

Prezidentliyə namizədlərin sayı 15-ə çatdı

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru