Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Katibəsinə 350 minlik avtomobil alan məmur kimdir?


“Bakı Lift-Təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun sürücüsünün adına 5 milyon dollarlıq ev aldığı bildirilir


Bir yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovla bağlı heyrətamiz məlumatlar ortaya çıxıb.

 Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var! Özü də Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində! İzahat üçün dərhal deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.
Bundan başqa Azerinfo.org-a daxil olan məlumatda deyilir ki, Qüdrət Şükürov öz katibəsinin adına bahalı avtomobil alıb. Maraqlıdır ki, avtomobil nəğd pula alınıb. “Ferrari” markalı avtomobilin 350 min dollar qiyməti var. Doğrudur, həmin superkarın Qüdrət Şükürovun ailə üzvlərindən birinin ad günündə hədiyyə alındığı, diqqət çəkməmək üçün katibənin adına sənədləşdirildiyi də bildirilir. Lakin 350 min dolları nəğd şəkildə ödəmək də hər məmurun işi deyil.

Bəs görəsən, sürücüsünün adına 5 milyonluq mənzil, katibəsinin adına 350 mil dollarlıq avtomobil alan Q.Şükürov bununla gələcəkdə hər hansısa hadisə baş verərsə, o əmlaklarını bu yolla xilas edə bilərmi? Təkcə, Qüdrət Şükürov deyil, bu taktikadan istifadə edən hər hansısa şəxslər üçün də bu maraqlıdır. Çünki bu hal yeganə fakt deyil. Əksər məmurlar bu və ya digər mülkü alarkən adətən onu başqasının adına rəsmiləşdirirlər. Hansısa məmurun cinayətləri təsdiqlənərsə, həmin obyektlərin müsadirə olunması hüquqi cəhətdən necə mümkün ola bilər? Yəni qanunvericiliklə bu necə tənzimlənə bilər ki, həmin məmur cəzalandırılsın? Yəni qurunun oduna yaş yanmasın.

“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov Yenicag.az-a açıqlamasında bu prosesin çətin olduğunu və ancaq məhkəmə qaydası ilə sübut olunduqda mümkünlüyünü qeyd etdi: “Məmurun cinayəti təsdiqləndiyi halda onun başqasının adına rəsmiləşdirdiyi mülkünün müsadirə olunması olduqca çətindir. Bunun üçün ən azından proses məhkəmə qaydasında sübut olmalıdır.

Məhkəmə ilə müəyyən edilsə ki, həmin ev əslində adına rəsmiləşdirilən şəxsə deyil, həmin məmura məxsusdur, onda məsələni həll etmək olar. Belə olduğu halda, korrupsiya ilə əmlakın əldə olunması ilə bağlı Cinayət Məcəlləsi və Cinayət Prossesual Məcəllənin müddəalarına əsasən məhkəmənin hökmü ilə əmlakın müsadirə edilməsi barədə hökmdə müddəa göstərilə bilər. Digər hallarda isə bu qeyri-mümkündür. Daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçir. Mülki Məcəllənin tələblərinə görə nə qədər ki, məhkəmə qaydasında mülkün həmin şəxsə məxsus olmaması təsdiq olunmayıbsa, o əmlak həmin şəxsin özünün olmasa da, elə onun əmlakı sayılmaqda davam edir. Çünki, Daşınmaz Əmlakın Dövlət Reyestru Xidmətində adına rəsmiləşdirilib”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Vergilər Nazirliyinin hər il açıqladığı büdcəyə borclu təşkilatların siyahısında “Bakılift-təmir”in də adı var. Aldığımız məlumata görə, “Bakılift-təmir”in rəsmən 8 milyon manat vergi borcu var.

Biz Qüdrət Şükürovun da mövqeyini dərc etməyə hazırıq. Lakin “Bakılift-təmir” İstehsalat Birliyinin telefonlarına baxan xanım hər dəfə “Qüdrət müəllim yerində yoxdur” deyərək, bu istəyimizi rədd edir. Ancaq yenə də anonim imzalarla özünü təriflətməkdən vaz keçib, mövqeyini işıqlandırmağımızı istəsə, biz onun mövqeyini məmnuniyyətlə, yayınlamağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar