Kataloniya parlamenti oktyabrın 26-da keçiriləcək iclasında regionun müstəqilliyini elan edə bilər
Trend xəbər verir ki, Kataloniya rəhbəri Karles Puçdemont Madridin bir neçə gün əvvəl Kataloniya ilə bağlı qərarını "demokratiyaya hücum" adlandırıb.
Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında referendum keçirilib. Muxtar vilayət hələ müstəqilliyini elan etməyib.
Oktyabrın 21-də isə İspaniya hökumətinin fövqəladə iclasında Kataloniyanın muxtariyyətinin dayandırılması və regional parlamentə növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edilib.
pia.az